Xəbər lenti

 

Dünən Afrinin 15 km-liyində 11 əsgərini itirən Türkiyə bu gün eyni bölgədə geniş miqyaslı əməliyyatlara başlayıb.

Ovqat.com-un Türk mətbuatına istinadən bildirdiyinə görə, iki istiqamətdən hərəkətə keçən ordu birlikləri yüzlərlə PKK/PYD silahlılarını mühasirəyə alıb.

Terrorçular 220 evdən ibarət olan iki kənd -Mahaluşağı və Öməruşağı ətrafında mühasirəyə düşüblər. Onların sayının 400 civarında olduğu bildirilir.

Məlumata görə, həmin kəndlərdəki terrorçuların Xəlil kəndinə mümkün çıxış yolları kəsilib.

Qeyd edək ki, dünən 11 Türk əsgərinin şəhid edilməsinin ardından xeyli sayda xüsusi təyinatlıların və zirehli texnikanın Afrinə göndərildiyi məlumatı yayılmışdı. Ən azı, 60 hərbi texnikadan ibarət maşın karvanının dünən axşam Hatay vilayətinə çatdığı bildirilirdi. Bu gün səhər tezdən başlayan əməliyyatın həmin qüvvələr tərəfindən həyata keçirildiyi güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 5 844          Tarix: 11-02-2018, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma