“Tramp-RTE (Rəcəb Tayyib Ərdoğan sözlərinin baş hərfləri-red.) görüşünün əsas mövzusu YPG və ya Fəthullah deyil, yalnız Rza Zərrab idi. Yəni RTE ABŞ-a sırf Zərrab üçün getdi”
Ovqat. com xəbər verir ki, Türkiyə ordusunun sabiq Donanma komandiri, təqaüddə olan admiral Nüsret Güner dünən yazdığı tviter paylaşımında bu iddianı irəli sürüb.
Admiral öz iddalarını isə bu arqumentlə əsaslandırıb:
“1. Tramp, RTE gəlmədən YPG üçün onsuz da qərarını vermişdi.
- AKP Fethullahı alıb nə edəcək, əlində bir bomba tutmaq istəməz”.
Nüsret Günerin fikrincə, Cənubi Azərbaycan əsilli Rza Zərrab ABŞ-ın əlində Ərdoğanı şantaj etmək üçün ən yaxşı vasitədir və Vaşinqton bu şantajdan istifadə edərək, Ankaraya Kürdüstan dövlətini qurduracaq:
“Rza Zərrabın gerçək cinayətləri ortaya qoyulmazsa, bilin ki, Ərdoğan ABŞ-ın şantajına məruz qalıb və o, “Muxtar Kürdüstan” qurulana qədər hakimiyyət başında olacaq. Zərrab mövzusunda ABŞ prokurorları haqlıdırlarsa, Vaşinqton bunu açıqlamaz, amma AKP hökumətinə hər istədiyini etdirər. Buna ədəbiyyatda şantaj deyirlər. "
Qeyd edək ki, İranlı milyarder Rza Zırrab AKP hakimiyyətinə yaxınlığı ilə seçilirdi.
Paylaş: