“Türkiyəni zəiflətməyə çalışırlar. Amma bu, o qədər də asan məsələ deyil”.
Ovqat.com xəbər verir ki, bu etirafı edən Rusiyanın nüfuzlu hərbi eksperti, “Natsionalnaya Oborona” (Milli Müdafiə) jurnalının baş redaktoru İqor Korotçenkodur.
O, Rusiyanın NTV kanalında bir canlı yayın proqramında danışarkən, Türkiyənin müasir silah istehsalında qət etdiyi məsafəyə təəccübləndiyini də gizlətməyib:
"Bu yaxınlarda İstanbuldaydım. Orada 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatıldım. Əminliklə deyə bilərəm: Türkiyənin bu fuarda sərgilədiyi müasir silahlar yüksək hərbi texnologiya baxımından, məni xeyli ovsunladı. Bəlkə bəzilərinin xoşuna gəlməyə bilər, amma yenə də söyləyəcəyəm: Türkiyə, bölgədə öz nüfuzunu genişləndirmək üçün hər cür hərbi və iqtisadi qaynağa sahib ölkədir".
Paylaş: