Xəbər lenti

 

 

ABŞ Suriyanın şimalında fəaliyyət göstərən PYD-yə yeni hərbi qüvvələr göndərib.

Ovqat.com xəbər verir ki, məlumatı Suriya Yerli Koordinasiya Komitələri (LCC) yayıb.

Məlumata görə, son yardım dəstəsi 48 hərbi texnika və 250 canlı qüvvədən ibarətdir.

Xatırladaq ki, bundan əvvəl də Vaşinqton kürd separatçılarını açıq şəkildə dəstəkləyib, onları ən müasir silahlarla təmin edib. Separatçılarına verilən silahlar arasında Türkiyənin uzun illər ABŞ-dan almaq istədiyi, amma müttəfiqinin ona satmadığı “FGM-148 Javelin” markalı tankəleyhinə raketatanlar da var.

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 5-05-2017, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma