
Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri, ADR Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikin bu gün Apellyasiya məhkəməsi başlayıb
Ovqat.com xəbər verir ki, saat 10.00-da başlayan məhkəmə iclası hakim Kamran Əkbərov tərəfindən aparılır..
Məlumata görə, Hüseyn Məlik bu ayın 9-da gecəyarısı 2 polis tərəfindən evində göz altına alınıb. Bildirilir ki, əməliyyat zamanı evinin qapısı sındırılan aktivist çıxarıldığı məhkəmədə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunaraq, 25 sutka azadlıqdan məhrum edilib. Həbsin açıqlanmayan səbəbi isə Hüseyn Məlikin sosial şəbəkələrdə fəallığı ilə izah olunur. Maraqlıdır ki, həbs olunduqdan sonra ictimai fəalın facebook səhifəsində 2015-ci ilə qədər paylaşdığı bütün statuslar silinib.
Paylaş: