Xəbər lenti

Sumqayıt Apellyasiya Məhkəməsində rüşvət almaqda təqisirləndirilən Paşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, P.Məmmədovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endiirlib.

Qeyd edək ki, P.Məmmədov Xızı rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləyib. O, 2015-ci ilin oktyabr ayında Bakı şəhər sakini Kərimulla Əkbərovdan onun Xızı rayonu Qars kəndində mərhum atası Ceymulla Əkbərova məxsus həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı 1500 manat pul istəyib. Zərərçəkmiş isə ona 1300 manat pul verib, lakin P.Məmmədov verdiyi vədə əməl etməyib. K.Kərimovun polisə müraciətindən sonra P.Məmmədov saxlanılıb. Onun barəsində polis nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.

P.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 10-08-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma