Xəbər lenti

  

Suriyanın İraq sərhədində yerləşən Deyrizorda terror təşkilatları YPG/PKK və İŞİD arasında qarşıdurmalar davam edir.

 Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Deyrizorun Bagoz qəsəbəsində mühasirəyə alınan İŞİD terrorçuları kürd separatçılarının şərtlərini qəbul etməyərək, müqavimət göstərməyə qərar veriblər.

Bildirildiyinə görə, YPG/PKK İŞİD-çilərin bölgədən sağ-salamat təhliyyə edilməsi üçün onların Mosulu işğal edərkən banklardan oğurladıqları qızılı istəyiblər. İŞİD isə bu şərtlə razılaşmayıb hücuma keçib. 24 yanvarda başlayan döyüşlər ABŞ-ın təyyarələrinin göydən, fransız topçularının yerdən bombardımanı altında getdikcə şiddətlənir.

Bagozda çox sayda əcnəbi əsilli, o cümlədən azərbaycanlı İŞİD-çilərin olduğu bildirilir.

Qeyd edək ki, İŞİD 2014-cü ildə Mosulu işğal edərkən bu şəhərdə yerləşən banklardan 424 milyon dollar dəyərində İraq dinarı və çox sayda külçə qızıl ələ keçirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 383          Tarix: 28-01-2019, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma