Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri uğurlu alındı.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Trampın Səudiyyə Ərəbistanına səfəri ilə bağlı danışan politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ilk növbədə Trampın Ər-Riyadda dünya tarixində bənzəri olmayan böyük silah anlaşmasına diqqət çəkib:
“Bu anlaşmaya görə, Amerika 10 il ərzində Səudiyyəyə astronomik məbləğdə - 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyənin hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində əsas gücə çevrilməsinə şərait yaradacaq. Tramp üçün isə bu anlaşma onun xarici və daxili siyasətdə ilk böyük uğuru sayıla bilər. Çünki bu anlaşma hesabına Amerikanın gəlirləri artracaq və onminlərlə yeni iş yerləri açılacaq.
Trampın Səudiyyə Ərəbistanına səfərinin ikinci hissəsi Ərəb-İslam-Amerika Sammitində iştirak idi. Reallıqda isə söhbət Ər-Riyadda “İslam NATO-su” deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi. Bu ideya Trampa məxsus deyil. Ondan əvvəl Barak Obama administrasiyası da bu ideyanı dəstəkləmişdi. Əslində, ideyanın müəllifi Malayziyanın keçmiş baş naziri Mahatir Muhammaddır. O, bu təklifi 2005-ci ildə irəli sürüb. Daha sonra təşəbbüsü Səudiyyə ələ alaraq bu ideyanı reallığa çevirmək üçün praktik addımlar atmağa başladı. Trampın Səudiyyə Ərəbistanında olduğu günlərdə Azərbaycanın da Ər-Riyada dəvət olunması hər halda rəsmi Bakının İslam Hərbi Alyansına üzvlükdən imtina etmədiyini göstərdi.
Səudiyyədə Trampın da iştirak etdiyi toplantıya 40 dövlət başçısı və baş nazir qatılmışdı. ABŞ özü yeni yaranan quruma üzv olmayacaq. Ancaq aydındır ki, Vaşinqton “İslam NATO-su”na hər cür dəstək verəcək. Alyansın lideri isə şəksiz Səudiyyə Ərəbistanıdır. Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də yeni təsis olunan qurumda ön planda olacaqlar”.
Politoloq bildirib ki, Vaşinqton və Ər-Riyad “İslam NATO-su”nun əsas işini İranın regional fəaliyyətini məhudlaşdırmaqda görürlər:
“İranda liberal sayılan Həsən Ruhani ikinci müddətə prezident seçilsə də, həm ABŞ prezidenti, həm də Səudiyyə Ərəbistanının kral ailəsi Tehranın siyasətindən narazıdır. Birincisi, Vaşinqton və Ər-Riyad hesab edir ki, Tehran nüvə silahı əldə etmək istəyindən birmənalı əl çəkməyib.
İkincisi, hər iki dövlət düşünür ki, Tehranın əvvəlkitək bölgədəki müxtəlif silahlı qruplara, o cümlədən Hizbullah və HƏMAS-a silah və maliyyə dəstəyi verir, Suriya, Yəmən və Livanda qarşıdurmalarda iştirak edir.
Nəhayət, həm Ər-Riyad, həm də Vaşinqton hesab edir ki, İranda bütün hallarda söz sahibi mühafizəkar dairələrdir, Ruhani istəsə belə, Tehranın xarici və təhlükəsizlik siyasətinin ana istiqamətlərini dəyişə bilməyəcək. Mühafizəkarlar isə Amerikanın bölgədəki müttəfiqlərini hədəf alıblar”.
Politoloq buna baxmayaraq, İslam Hərbi Alyansının tək dərdinin İran olmadığını da bildirib:
“Belə olsaydı, Səudiyyənin dəvətini Azərbaycan, Qazaxıstan və ya Pakistan qəbul etməzdi. Bu ölkələrdən hər biri İrana qarşı sanksiyalarda iştirak etmək istəmir, ayırıcı xətlərdə deyil, regional əməkdaşlıqda maraqlıdırlar. Bakı, Astana, İslamabad və ya Ankara hansı bloka qoşulmaq qərarını verməkdə sərbəstdirlər. Azərbaycan da bu mənada müttəfiqlərinin yanındadır. Blokun 3 üzvünün - Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın işğalçı Ermənistanla diplomatik münasibətləri yoxdur və torpaq bütövlüyü məsələsində birmənalı Azərbaycanın mövqeyini dəsəkləyirlər. Rəsmi Bakı yeni hərbi alyansa qoşulub-qoşulmamaq qərarını verərkən bu amili nəzərə almaya bilməz.
Ona görə də Azərbaycanın Ər-Riyaddakı toplantıya qatılmaq qərarı doğru idi. Ancaq bu o demək deyil ki, rəsmi Bakı İslam Hərbi Alyansına qoşulmaq qərarını artıq verib”.
E.Şahinoğlu qeyd edib ki, təhlükəsizlik baxımından İslam Hərbi Alyansına üzvlük Azərbaycanın xeyrinədir:
“Birincisi, İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi İslam Hərbi Alyansı da Ermənistanı işğalçı adlandıracaq. Demək, Vaşinqtonun dəstək verdiyi qurum Dağlıq Qarabağ məsələsində birmənalı Azərbaycanın yanında qərar tutacaq.
İkincisi, İslam Hərbi Alyansı NATO-ya bənzəmək istəyirsə, ümumi nizamnamə qəbul ediləcək. Başqa sözlə, İHA-da NATO-dakı 5-ci maddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar