Tovuzda qətlə yetirilən Firudin Ələkbərli Ədalət partiyasının rayon təşkilatının sədri idi.
Partiyadan Ovqat.com-a verilən məlumatda belə deyilir.
Firudin Ələkbərli barədə media orqanlarında tələm-tələsik materialın yayımlanmasını qınayan partiya sədri İlyas İsmayılov istintaq bitməyənədək hadisənin təfərrüatılarının işıqlandırılmasını doğru saymayıb.
Onun sözlərinə görə, mətbuatda dərc olunan bütün məlumatlar ancaq qətli törədən tərəfdən ötürülə bilər: “Bu cür məlumatların isə heç bir hüquqi əsası yoxdur. Mümkündür ki, qatil öz niyyətini gizlətmək üçün belə dezinformasiyalar yaysın. Partiya olaraq biz də bu sui-qəsd hadisəsini dərindən araşdıracağıq və bundan sonra ictimaiyyəti məlumatlandıracağıq. Məsələyə verəcəyimiz siyasi qiymət də məhz bu araşdırmaların nəticəsində bəlli olacaq”.
Qeyd edək ki, mərhum Firudin Ələkbərli son zamanlar sərt çıxışlar edirdi.
Paylaş: