Xəbər lenti

 

"İsrail Türkiyənin Suriyadakı kürd bölgələrini işğal etməsini, kürdlərin Türkiyə və tərəfdarları tərəfindən etnik təmizliyə məruz qalmasını şiddətlə qınayır".

Ovqat.com xəbər verir ki, Türkiyə barədə bu ağır ittihamları səsləndirən İsrailin Baş naziri Binyamin Netanyahudur.

Netanyahu paylaşdığı Twitter-bəyanatında “cəsur kürd xalqına humanitar yardımlarını davam etdirməyə hazır olduqlarını da vurğulayıb.

 Netanyahunun bu ittihamları cavabsız qalmayıb. Türkiyə Rabitə naziri Fəxrəddin Altun onun paylaşımına yazdığı rəydə bildirib:

 “Korrupsiya, dələduzluq və asayişi sui-istifadə cinayətlərindən həbsxanada illərini keçirən nazir və gözdən düşmüş bir siyasətçinin boş sözləri. Suriyalı kürdlər Türkiyədəki sürgündə olan 300 min adamla, Türkiyənin himayəsi altındadır. Bölgədəki bütün terrorçuları məhv edəcəyik və suriyalıların evlərinə qayıtmalarına kömək göstərəcəyik".




Ana səhifəyə qayıt        Baxış: 500          Tarix: 10-10-2019, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma