Xəbər lenti

 

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı öz “Feysbuk” səhifəsində “Əhməd Orucun “Siyasət meydanı” və “Reaksiya” tv”-lərdə çıxışlarına AXH İH-nın üzvü Tahir Abbaslıdan cavab” başlıqlı yazı paylaşıb. Mövzunun ciddiliyini nəzərə aldığımız üçün. həmin yazını olduğu kimi Azinforum.az izləyicilərinin diqqətinə çatdırırıq:

“Əhməd Orucun AXH- dan kənarlaşdırılmasından sonra Əvəz Zeynallının “Siyasət meydanı” və “Reaksiya” verlişlərinə çıxaraq AXH-də olan fəaliyyəti dövründə ona qarşı haqsıslıq olduğunu vurğulayır. Bunu əsas tutub, AXH hərakatını və ayrı-ayrı şəxsləri ictimaiyyət arasında nüfuzdan sallınmasına çalışır. Mən şəxsən Tahir Abbaslı, bir inanclı insan kimi Əhməd Orucla bağlı ortada olan rüsvayçı əməlləri açmaq istəmirdim. Ona görə ki, İslamın bizə olan tövsiyəsi var: “Allah sirr örtənlərin sirrlərini örtər”, fikirini nəzərə alaraq, bu mənada nəsə açmaq istəmirdim. Amma Əhməd Oruc bizlərin abrına sığmasından istifadə edib, kişiyə yaraşmayan davranış nümayiş etdirir. Çox təəssüf!!!
Mən hər zaman höcət olan yerdən uzaq durmuşam. Çünki höcət olan yerdə şeytan fitnə salar. Amma görürəm ki, Əhməd Oruc davranışlarına görə utanıb, xəcalət çəkmək əvəzinə, hərəkətlərinə bəraət qazandırıb və bizə savaş başlayıb. Mənim daxili tərbiyəm Əhməd Orucun ortada olan çirkin əməllərini ictimayyətə bildirməyə imkan vermir. Amma Əhməd Orucun davranışları bunu açıqlamağa məcbur edir. Cəmiyyətimizə bəllidir ki, bu rejim alternativlərinə qarşı hansı metodlardan istifadə edir. Nümunə olaraq, bir neçə il bundan qabaq Qənimət Zahidin, Xədicə İsmayıl, Kəmalə Bənəniyarlı və başqalarını göstərmək olar. Əhməd Oruc da hakimiyyət tərəfindən hazırlanmış və hərakat daxilində söz sahiblərini susdurmaq üçün oyuna girmişdir. Belə ki, təxminən 2-3 aya yaxın olar ki, məni Qusarda yerləşən şəxsi mini otelinə dəvət etdi. Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi. Ciddi etirazımı görüb, fikirimi yayındırmaq üçün başqa söhbətlər etdi. Söhbət əsasında Rəhim Qazıyevin ailəsinin olmamasına görə onun halına yanıb, bura gətirəcəyini bildirdi. Və elə mənim yanımdaca Rəhim Qazıyevə zəng edib, dəvətini bildirdi. Bundan sonra yanımda qadını yanımıza gətirən şəxsə zəng açdı.

Ona dedi ki, yaxın günlərdə Rəhim Qazıyev gələcək, ona seksual xidmət göstərmək lazım olacaq. Qeyd edirəm ki, mənim etirazıma baxmayaraq Əhməd Oruc öz inadından qalmadı. Mənim bir gün də qalmağımı təkid edərək və qadınla görüşməyimi məcbur edirdi. Mənim istəyim olmadan bir neçə dəfə qadına zəng vurub, telefonu məcburən mənə verirdi. Əhməd Orucun bu davranışların gördükdən sonra onun hakimiyyət tərəfindən hansı misyasını çiyninə götürdüyünü müəyyən etdim.

Məsələləri belə görüb, Bakıya döndüm. Gördüklərimi lazimi ünvana bildirdim. Məsləhət oldu ki, bu adamı kontrola götürüb əməllərinə diqqət edək. “Qadın əməliyyyatı” baş tutmadıqdan sonra yeni oyuna başladı. O oyun ki, Mirmahmud Fəttayevin gəlişi ilə əlaqədar hərəkət üzvlərini ona qarşı etimadsızlığını yaratmaq üçün. belə bir dezinformasiya dövriyəyə buraxdı. Guya ki, Mirmahmud Fattayev hakimiyyətdən 450000 manat pul alıb, onun qarşılığında hərəkatı dövlətin nəzartində saxlamaq üçün bura yerləşdirib. Bu məsələilə bağlı müzakirə aparıb, sözün Əhməd Oruc tərəfindən dövriyəyə buraxıldığını müəyyn edik. Bundan sonra dövriyəyə buraxılmış dezinformasiyanın sahibi kimi, Əhməd Orucdan izahat tələb etdik. Əhməd Orucsa müxtəlif bəhanəlr gətirib, boynundan atdı. Artıq Əhməd Oruc kimliyini ortaya çıxardı. Daxili müzakirədə qərara gəldikki, bu adam hərakata ciddi zərbə vermədən sakitcə uzaqlaşdıraq. İndi Əhməd Oruc görünür ki, aldığının qarşılığında misyanın sona qədər yerinə bilmədiyindən yeni çirkin addımlara qədəm qoyur. Artıq söz demək istəmirəm. Qoy cəmiyyət və “Azerfreedom” ailəsi Əhməd Orucun əsl obrazını tanısın. Onun əsil işi pəzəvənglik və şər-böhtandır.
Əhməd Oruc, mənim sənə bir mömün kimi yazığım gəlir. Qurandan sənə ayə deyirəm. Oxuyasan və biləsənki, Allah qarşısında nə qədər bağışlanmaz olacaqsan. “Qeybət etməyin! Qeybət etmək zinadan da günahdır. Çünki, zina edən tövbə etsə Allah onu bağışlayar, qeybt edəni o şəxs bağışlamasa, Allah bağışlamaz!”
Əhməd Oruc bizdən demək, qalanı qalsın sənin boynunda. Sənin danışıqlarınsa özünü aldatmaqdır. Unutma ki, yel qayadan heç nə apara bilməz. Amma sən bu əməllərinə görə çox peşman olacaqsan. Sonda da peşmançılığın faydası olmayacaq”.

Azinforum.az




Ana səhifəyə qayıt        Baxış: 537          Tarix: 11-10-2019, 08:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma