Xəbər lenti

 

İranda Erməni Olimpiadasının keçirilməsi və 2016-ci ildən  Dağlıq Qarabağın da bu yarışlarda iştirakı Azərbaycan ictimaiyyətində ciddi qəzəb doğurub.

Ovqat.com xəbər verir ki, bu hadisəyə münasibət bildirənlərdən biri də İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı olub.

Partiya sədri Dağlıq Qarabağ komandasının yarışlarda iştirakı Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir:

“İslam adıyla siyasət yürüdən bir rejim ən azı adından utanıb bu addımı atmamalıydı”.

Maraqlıdır ki, İranda qızların hətta futbol izləmək üçün stadiona buraxılmadığı halda, erməni atletləri yarışlara dizdən yuxarı şortiklə qatılır və buna hər hansı maneə yaradılmır. İnsanlara bu ayrıseçkilik də başadüşülən deyil. Çünki əgər söhbət fərqli dinlərin əqidə müxtəlifliyinin yansımasından gedirsə, heç xristian dinin də qadınların o şəkildə geyinməsi qaydası yoxdur. Elədirsə, İran İslam Respublikası erməni vətəndaşlarına niyə öz dinlərinin əqidəsindən yanaşmır?

 

Hacı Tahir Abbaslı fikrincə, İslam hüququna görə, insanlara öz dini inanışlarına görə yanaşmağı tələb etsə də, xristian dinində də bu cür geyim qaydasının olmadığı barədə fikirlərimizlə razılaşdı. O, bu ayrıseçkiliyi isə İrandakı rejimin saxtalığıyla əsaslandırdı.

“Bu gün əksər ölkələrdə İslam tək-tək inanclı insanların ruhunda yaşayır. İranda da islam mahiyyətindən çox insanları itaətdə saxlayıb istismar vasitəsinə çeviriblər. O ki qaldı ermənilərin İranda Olimpiada keçirilməsinə, qız ateltlərin şortiklə yarışlarda iştirakına, bu, məndə təəccüb doğurmur. Onlar (fars şovinistləri ilə ermənilər nəzərdə tutulur-red.) dində fərqli olsalar da, pərdə arxasında qardaşdılar. Bu qardaşlığı formalaşdıran isə Azərbaycana qarşı düşmənçilikdir”.




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 17-09-2019, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma