Xəbər lenti

  

“Türk Şurasının quruluşunun 10-cu ilinin ən mühüm sərvəti Özbəkistanın bu quruma üzv olmasıdır. Hazırda üzvlərinin sayı beş oldu. Onun üçün mən də "iki dövlət, bir millət" ifadəsinə yenisini əlavə etdim. İndi "beş dövlət bir millət" olmuşuq”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Bakıda keçirilən Türk Şurası sammitini şərh edərkən deyib.

Prezident Türkmənistanın da bu quruma qoşulmasını arzuladığını da gizlətməyib: “O zaman biz "altı dövlət bir millət" olacağıq. Onda tam "yahşi" olacaq”.

 Ərdoğan Macarıstanın da Şurada müşahidəçi statusunda iştirakını alqışlayıb və Budapeştin bu birliyə ciddi dəstək verdiyini deyib:

“Bu arada Macarıstan da müşahidəçi üzv oldu. Macarıstanın, təbii, fərqli dəstəyi oldu. Budapeştdə Şuraya gözəl bir ofis veriblər. Çox ciddi bir maliyyə resurs da veriblər. Üzvlərə haradasa yük yox, sadəcə kadr verəcəklər. Onlar maaşlarını da qarşılayacaqlar. Bu şəkildə Türk Şurası Avropaya girmiş olacaq. Macarıstanda Qıpçaqların yeri varmış. 100 minə yaxın Qıpçaq varmış. (Onlara) "Bizdə Atilla çoxdur. Az qala hər məhəllədə bir Atilla taparsınız" dedim. Hazırda Budapeşt Türk Şurası üçün mühüm bir yer mövqeyinə gələcək. Bizim də önümüzdəki ay Macarıstan səfərimiz olacaq”.

 

Türk dünyasının birlik, bərabərlik və sabitliyinin, əmin-amanlığının strateji prioritetə olduğunu diqqətə çatdıran Ərdoğan ölkələr arasındakı həmrəyliyi gecləndirmək artırmaq üçün də bu istiqamətdə fəaliyyəti artırmağın vacibliyinə toxunub: “Türk dünyası bizim xarici siyasət perspektivimizin mühüm bir hissəsidir. Orta Asiya Türk Respublikaları ilə əlaqələrimizi son 16 ildə hər sahədə inkişaf etdirmişik. İstər gənc əhali, istər təbii sərvətləri, istərsə də iqtisadi potensialı ilə Türk dünyasının gələcəyinin parlaq olduğuna inanıram. Yetər ki, ağıllı, həqiqətən uğurlu bir sövq və idarəyə malik olsun”.




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 16-10-2019, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma