Tanınmış “Müsavat”çı, əqidəsi uğrunda başına gəlməyən fəlakətlər qalmayan Tofiq Yaqublunu Müsavat partiyasının heç Məclisinə də seçməyiblər.
Ovqat.com xəbər verir ki, bunu Müsavat fədaisinin özü etiraf edib.
Tofiq Yaqublu partiyada “Non grada” edilməsindən isə qətiyyən naharat deyilmiş. Hər halda bunu da özü yazıb.
“Yalnız dürüstlüyə, vicdanlılığa, ləyaqətliliyə, obyektivliyə, qərəzli olmamağa, ən əsası da antimilli rejimə qarşı qorxmaz, energili, fədakar və barışmaz mübarizəyə üstünlük verən müsavatçılar məni 120 nəfər üzvü olan partiyanın Məclisinə də seçməyiblər. Onların kimə səs vermək hüququna hörmət edərək, bildirirəm ki, narahat deyiləm, bu, mənim rejimə qarşı mübarizəmə mane olmur. İndi əsas məsələ 19 oktyabr mitinqidir. Hamı mitinqə!” - Tofiq Yaqublu bu gün paylaşdığı facebook statusunda bu iddianı irəli sürüb.
Qeyd edək ki, Müsavatın bir neçə gün əvvəl keçirilən Qurultayında partiya başqanlığına namizədlərdən biri də Tofiq Yaqublu idi. Qurultayda çıxışı zamanı onun və digər namizəd Yadigar Sadıqlının keçmiş başqan İsa Qəmbərlə mübahisəsi düşüb. Namizədlər İsa Qəmbərin onların çıxışına müdaxiləsinə etiraz ediblər.
Belə görünür ki, Tofiq Yaqublu, Aşıq Ələsgərin sözü olmasın, “ustadına kəm baxdığına” görə partiyada ilk 120 nəfər arasına belə salınmayıb.
Paylaş: