Müsavat Partiyasının Məclisinin bu gün keçirilən iclasında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Bununla əlaqədar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) yaradılıb.
QHTK-da Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın sabiq başqanı, Məclis üzvü İsa Qəmbər, Müsavat başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiya başqanının sabiq müavinləri Elman Fəttah, Yadigar Sadıqov, Tofiq Yaqublu, Divan üzvləri Osman Kazımov, Alya Yaqublu, İkram İsrafil, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və başqaları təmsil olunur.
Qurultayın ilin sonunda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə yolu ilə Arif Hacılı partiyanın başqanı seçilib/Report.
Paylaş: