Xəbər lenti

 

Rus hərbi polisi Türkiyə ilə əldə olunun razılıq çərçivəsində Suriya sərhədindəki yeni bir bölgədə patrulluq xidmətinə başlayıb.

Ovqat.com xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirliyin bildirdiyinə görə, bu razılıq oktyabrın 22-də Soçidə Putinlə Ərdoğanın arasında aparılan danışıqlar zamanı əldə olunub.

 Rusiya Müdafiə Nazirliyi patrul xidmətinin həyata keçiriləcəyi coğrafiyanı da açıqlayıb: "Qamışlıdan Abud yaşayış məntəqəsinə qədər. Patrul marşrutunun uzunluğu isə 60 kilometrin üzərində olacaq.

Nazirlik Rus hərbi polisinin xalqın təhlükəsizliyinin təmin olunmasına və dövlət nizamının qorunmasına yardım etdiyini və müəyyən olunan ərazilərdə patrul dövriyyəsinə başladığını bildirərək vurğulayıb ki, rus hərbi polisi YPG qüvvələri və silahlarının Türkiyə ilə sərhəddin 30 kilometr kənara çıxarılması üçün də dəstək verir.

Maraqlıdır ki, bu gün günorta saatlarında kürd separatçılarının silahlı qüvvələri sayılan Dümokratik Suriya Güclərinin komandanı Məzlum Kobaninin ağılları qarışdıran bir bəyanatı yayılmışdı. Onun dediyinə görə, Rusiya ordusunun Baş qərargah rəisi Sergey Şoyqu ilə danışıb və rus general ona bildirib ki, sərhəd bölgələrində yaşayan mülki vətəndaşların əraziləri tərk etməsinə ehtiyac yoxdur, onlar üçün heç bir təhlükə olmayacaq.

SDG-nin komandanı rus hərbi polisinin və Bəşər Əsəd ordusunun əməliyyatlarına dəstək verəcəklərini söyləmiş və kürdlərin təhlükəsizliyini təşkil etdiyinə görə Rusiyaya təşəkkür etmişdi. 

 

Məzlumun bu sözlərindən sonra Türkiyə prezidenti bir tədbirdə çıxış  etmiş və sözü fırladıb Suriyanın Şimalına gətirmişdir. Baxmayarq ki, o, həmin çıxışında nə Məzluminin, nə də Rusiyanın adını çəkməmiş, Avropa Birliyini hədəfə alaraq, bir nov “qızım sənə deyirəm, əlinim sən eşit” prinsipilə Türkiyənin bütün dünya dövlətlərinə qarşı mübarizə apardığını iddia etmişdi:  “Beynəlxalq mübarizə içindəyik. Suriya ilə 911 kilometr sərhədi olan dövlət kimi təcavüzlə üzləşəriksə, buna səssiz qalmarıq. Nə lazımdırsa onu edərik”.

Formal olaraq, Suriyanın şimalında uçuşa yasaq gətirmək istəyən Avropa İttifaqına səslənən Ərdoğanın fikrincə, 2-ci Dünya müharibəsində 50 milyon adamın ölümündə əli olanlar indi Türkiyəyə insanlıq dərsi verməməlidir (Prinsipcə, Rusiya da o ölkələrə daxildir-Ovqat): “Biz bu iddiaları acı təbəssümlə qarşılayırıq. Ruandada 1,5 milyon insanı öldürəcəksən, sonra bizə insanlıq dərsi verməyə qalxacaqsan. Əvvəl güzgüyə baxın. Bizim tariximizdə belə bir şey əsla yoxdur”.

Təhlükəsiz bölgə təşəbbüsünün bu gün gündəmə gəlmədiyini xatırladan prezident demişdir ki, bu təklif ilk dəfə Obamanın hakimiyyəti dövründə irəli sürülüb: “Oluq-oluq qanın axdığı o günlərdə heç kəs bu təklifə dönüb baxmamışdı. İndi birdən bu cür məsələlər yada düşür”.

Görünür, Məzlum Kobaninin bu açıqlamasının Türkiyə tərəfində qeyri-müəyyənlik yaratdığını düşünən Rusiya Müdafiə Nazirliyi də məhz bu çıxışdan sonra heç bir ad çəkmədən əsl həqiqətin necə olduğunu diqqətə çatdırmağı lazım bilmişdir.

Onu da qeyd edək ki, ABŞ-la Türkiyə arasında Suriyanın şimalı ilə bağlı əldə olunan 5 günlük möhlət bu gün tamamlandı. Razılığa görə, Türkiyə Barış pınarı əməliyyatını 120 saat ərzində dayandıracaq və kürd separatçıları bölgədən çəkilib əraziyə nəzarəti Türk ordusuna buraxacaqdı. Möhlət müddətinin tamamlanmasına və separatçıların Suriyanın mərkəzinə doğru çəkilməməsinə baxmayaraq, hərəkatın yenidən başlanması barədə hər hansı xəbər yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 24-10-2019, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma