Rusiya Müdafiə Nazirliyi Türkiyə SQ-nin “Zeytun Budağı” hərbi əməliyyatına başlaması ərəfəsində Afrindəki əsgərlərini Tel-Rüfətə çəkdiyini açıqlayıb.
Ovqat.com xəbər verir ki, nazirlik bu addımı əsgərlərinin təhlükəsizliklərini təmin etmək məqsədiylə əsaslandırıb: “Mümkün təxribatların qarşısını almaq, rus əsgərlərinin həyatına və sağlamlığına qarşı təhdidlərin qarşısını almaq üçün Atəşkəs Monitorinq Mərkəzinin Afrin qrupunda yer alan əsgərləri və hərbi polisi Tel-Rüfətə çəkdik. Rusiyanın Atəşkəs Monitorinq Mərkəzi münaqişə bölgələrini tərk edən dinc əhaliyə lazımi yardımların sürətli bir şəkildə təmin olunması üçün Tel-Rüfətdə və ətrafında vəziyyəti fasiləsiz izləməyə davam edir".
Mütəxəssislər isə Rusiyanın öz əsgərlərini Tel-Rüfətə çəkdiyini təsadüfi saymırlar. Onların fikrincə, bu, Türkiyəyə Tel-Rüfətə qədər irəliləmək imkanı yaratmaqdır.
Bəs, niyə məhz Tel-Rüfət?
Bildirildiyinə görə, Tel-Rüfət Hələbin şimalında yerləşir, Türkiyəni Suriyaya bağlayan quru və dəmir yolları bu bölgədən keçir. Şəhər hazırda PKK/PYD terrorçularının əlində olsa da, Suriya ordusu Tel-Rüfətin tam qarşısında dayanır. Rusiyanın öz əsgərlərini bu bölgəyə çəkməsi də elə Suriya və Türkiyə orduları arasında buffer zona yaratmaq istəyiylə izah olunur.
Paylaş: