Xəbər lenti

 

“Dünyada 3 böyük təhlükə mənbəyi var-Rusiya, İran və terror”.

Ovqat.com xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Atlantik Şurasında çıxışı zamanı belə deyib.

Onun sözlərə görə, Rusiya gücdən istifadə edərək öz sərhədlərini genişləndirməyə çalışdığı, İran Yaxın Şərqdəki stabilliyi pozduğu, terror təşkilatları isə getdikcə dünyaya yayıldığı üçün günümüzün ən böyük təhlükə mənbəyinə çevriliblər.

Kommunizmin süqutundan sonra planetimizin bu 3 problemlə ən çətin dövrünə qədəm qoyduğunu etiraf edən vitse-prezident ABŞ-ın həmin təhlükələri aradan qaldırmaq üşün NATO çərçivəsində bütün məsuliyyətlərini yerinə yetirməyə hazır olduğunu söyləyib və sözünün “mustafasını” bu şəkildə ifadə edib:

"Köhnə və yeni düşmənlər artarkən, müttəfiqlərimiz bu günün və sabahın təhdidlərinə qarşı müqavimət göstərmək üçün hərbi güclərini daha da inkişaf etdirməlidir".

Yəni sözlə desək, Pensin fikrincə, NATO qüvvələri bu təhlükələrə qarşı özlərini qorumaq üçün əllərində nə qədər vəsait var, hamısını ABŞ silahlarına verməlidir.




Ana səhifəyə qayıt        Baxış: 951          Tarix: 6-06-2017, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma