Xəbər lenti

  

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.

Ovqat.com xəbər verir ki, bu barədə əvvəl onun qızı Nigar Həzi status yazaraq paylaşmışdı. Daha sonra Tofiq Yaqublunun özü bu məlumatı facebook səhifəsindən duyurdu.

Tofiq bəy həbsdən çıxdıqdan sonra çəkdirdiyi şəkilləri də paylaşmışdı. Şəkillərdən 30 günlük həbsin o qədər də asan keçmədiyi anlaşılırdı. Amma bu belə, Tofiq Yaqublunun demokratiya uğrunda mübarizədə ruhdan salmışa oxşamır. Onun paylaşdığı statusundan da bu, aydın sezilir:

“Dostlar, artıq azadlıqdayam (bəlkə də müvəqqəti). Hər şeydən əvvəl Oqtay Gülalıyevin səhhəti ilə bağlı çox üzgünəm. Bütün ümidlərim tibb elminin və onun müalicə aldığı klinikanın imkanlarınadır. Hər şeyə rəğmən azadlıq və demokratiya uğrunda mübarizəni daha güclü və əzmlə aparmalıyıq...”

 




Ana səhifəyə qayıt        Baxış: 1 608          Tarix: 18-11-2019, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma