Xəbər lenti

 

Sabiq Baş Nazir Pənah Hüseyn prezident İlham Əliyevin onun haqqında söylədiyi sözlərə özünün facebook səhifəsində cavab verib. Xural.com Pənah Hüseynin yazısını təqdim edir:

 

“Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi”

Cənab İlham Əliyev, mövsumi ticarətlə, başqa yerdə dediyiniz kimi xırda alverlə, mövsümi, ya daimi məşğul olub özünə, ailəsinə HALAL çörək qazanan yüz minlərlə vətəndaşınıza (seçici demirəm, çünki sizin dövrünüzdə zatən seçki yoxdur ki!) yuxarıdan aşağı baxıb həqarət edirsiniz? Tutaq ki, Pənah Hüseyn xırda alver, ya mövsümi ticarətlə məşğul olub, məsələn, qarpız alveri edib özünü, ailəsini, övladlarını,valideynlərini dolandırıb, qəbahətdirmi? Və əgər demokratik seçkidə seçilən legitim Prezident etimad göstərib mövsümi ticarətlə məşğul olan bir vətəndaşı Baş Nazir və ya başqa bir vəzifəyə təqdim edərsə və həmin şəxs də Parlamentdə konstitusion çoxluqla təsdiqlənərsə, burada qanunlara, dövlətçiliyə zidd nə var? Baxmayaraq ki, mən sizdən fərqli olaraq həqiqətən xırda, ya böyük, mövsümi və ya daimi heç bir alverlə, ticarətlə məşğul olmamışam, lakin bu insanların, ümumiyyətlə, xalqın, dövlətin malını, sərvətini çapıb-talamayıb, oğurluq etməyib, kiminsə haqqına girməyib çalışan hər bir insanın, o, qarpız satandırsa belə, qarşısında baş əyirəm və özüm də ailəmi, övladlarımı yaşatmaq üçün lazım gələrsə qarpız satmaqdan belə utanc deyil, şərəf duyaram!




Ana səhifəyə qayıt        Baxış: 2 756          Tarix: 25-11-2019, 07:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma