Xəbər lenti

  

Hər bir mətbu orqan, yaxud yazar ilk növbədə öz ölkəsinin, daha sonra başqa dövlətlərin güzgüsü və vicdanı olmalıdır. Azərbaycan mətbuatı isə məlum səbəblərdən öz gözümüzdəki tiri görmür, ermənilərin gözündə qıl axtarır.

İndiyədək mediamız xalqı erməni xəbərləri ilə elə uyutdu ki, bir də gözümüzü açıb gördük ki, sən demə, biz də heç ermənilərdən ağ gündə deyilmişik. Hətta maaş və təqaüdlərin artıqlığı, qiymətlərin ucuzluğu, məmur özbaşınalığının azlığı və s. kimi sahələrdə ermənilər bizdən irəlidə imişlər. Hətta bizim analardan fərqli olaraq, erməni anaları hər yeni doğulmuş uşaq üçün müavinət də alırlar. Hər gün Azərbaycan mediasının bütün əzbərlərini pozan yeni-yeni məlumatlar ortaya çıxmasına baxmayaraq, bizimkilər hələ də nə erməni xalqının dərdlərini dilə gətirməkdən, nə də bizə yalançı təsəlli verməkdən usanırlar.

Xüsusilə əhalisinin əksəriyyəti öz yurd-yavasından didərgin düşmüş Naxçıvan mediasının Ermənistandakı dərin iqtisadi böhrandan və ermənilərin bu böhran nəticəsində xaricə qaçmasından yazması daha çox gülüş doğurur.

Videoda: İstanbuldakı naxçıvanlılar

 


“Muxtar” media öz təsəlli xəbərinin inandırıcılığını artırmaq üçün erməni deputatlarının sözlərinə istinad edir, amma unudur ki, facebook paylaşımını incələdiyi həmin deputat öz çatışmazlıqlarını ictimailəşdirə-ictimailəşdirə problemlərini çözməyə çalışır və bu da onların inkişaf səviyyəsinin göstəricisidir. Bəs muxtar respublikadan MM-ə seçilən deputatların belə bir haqqı varmı? Nə yazıq ki, 10 ay əvvəl bənzər cəsarəti göstərən millət vəkili Qüdrət Həsənquliyevin üzərinə elə hücuma keçildi ki, hər kəsin matı-mutu qurudu.

Öz problemini görməzdən gəldiyi halda düşmən ölkənin başına gələn müsibətlərdən yazan muxtar medianın ortaya qoyduğu “erməni əzabkeşliyi” ilə bağlı növbəti məlumatı Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

 

  

NUHÇIXAN xəbər verir ki, dərin iqtisadi böhran nəticəsində işğalçı Ermənistanın Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası ilə sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb. Yaranmış vəziyyətdən qurtulmağa çalışan hökümət bir sıra sosial proqramlar icra etməyə çalışsa da nəticə dəyişmir.

 

Bu barədə deputat  Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb:

 

“Bu gün, uzun danışıqlardan sonra yerli iş adamları və diaspor sahibkarları ilə Azərbaycanla sərhəddə yerləşən bütün erməni yaşayış məntəqələrində doğum səviyyəsini, əhali sayını artırmaq məqsədilə genişmiqyaslı proqram hazırlamaq barədə razılığa gəldik”.

 

Bütün regional və beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu məsələdə də diaspor və xaricdə yaşayan sahibkarların ianəsindən asılı qalıb. Onların maddi yardımı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan proqrama əsasən son 3 ildə sərhədyanı kəndlərdə yaşayan valideynlərin yenidoğulmuş hər bir uşağına 100 ABŞ dollarına  yaxın müavinət veriləcəkdir.

 

Layihəyə Tavuş, Geqarkunik və Vayots Dzor bölgələrindəki yaşayış məntəqələrinin daxil edilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Vayotz Dzor bölgəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhəddir. Bu rayonda da son illər dərin iqtisadi tənəzzül və əhali azlması müşahidə olunur, kəndlər sürətlə boşalır.




Ana səhifəyə qayıt        Baxış: 2 431          Tarix: 13-12-2019, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma