Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Azərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdırlar.
Moderator.az-ın məlumatına görə, bunu Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində deyib.
“Rusiyadakı o erməni mənşəlilərin bəziləri vaxtilə Azərbaycanda yaşayıblar, sonradan ora köçüb yaşamağa başlayıblar. Rusiyanın mətbuatında və digər sahələrində də erməni mənşəlilər yerləşib. Hətta onların televiziya kanallarındakı bəzi verilişlərə müxtəlif ad altında hər dəfə erməni mənşəli qonaqları çıxarıb danışdırırlar. Yaxud da televiziyalardakı aparıcıların bəzisi erməni mənşəlidir.
Mütəmadi olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini pozucu məqsədlə müzakirəyə çıxarırlar. Əsas məqsədləri də Rusiya əhalisinin mövqeyini Azərbaycana qarşı mənfi məcraya yönəltməkdir. Amma rus xalqı görür ki, Azərbaycan həmişə bu ölkəyə dəstək verir. Rusiya blokadada olanda Azərbaycan yeganə ölkələrdən biri idi ki, onun ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal oldu. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında başda cənab prezident olmaqla, Azərbaycan bunun aradan qalxması üçün töhfələrini verdi. Hansı ki, bu, tək Rusiya-Türkiyə məsələsi deyildi, elə Rusiya-NATO məsələsi demək idi. O cümlədən İran-Rusiya münasibətlərində, ABŞ-Rusiya münasibətlərində də Azərbaycan fəaldır. Bu ölkələrin Rusiya rəsmiləri ilə görüşlərinin dəfələrlə Bakıda təşkil olunması buna misaldır. Rusiyadakı erməni mənşəli məmurlar, təbii ki, bundan narahatdır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni mənşəli şəxs var. Mən araşdırma aparmışam, Rusiyanın səfirliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir.
Yoxlasam, Azərbaycandakı səfirlikdə də erməni mənşəli işçilər tapmaq olar. Çünki həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan ermənilər soyadlarını dəyişiblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar