“Erməni tərəfi vəziyyəti yalnız cəbhədə gərginləşdirmir. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər, cavablarını alırlar və bundan sonra da alacaqlar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
O bildirib ki, bu yaxınlarda Tiflisdə NATO Parlament Assambleyasının sessiyasında da erməni tərəfi böhtan xarakterli çıxışlar edib: “Bizim nümayəndə heyəti onların cavabını verdi. Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Bu dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var, onlardan 300 min nəfər uşaqdır. Biz həmişə beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırıq və ermənilərin iç üzlərini açıb göstəririk. Bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə avropalı həmkarlarımıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.
Paylaş: