Xəbər lenti

 

Livanın rabitə naziri Camal əl-Cərrah özünün Tvitter hesabında deyib ki, İran istədiyi şəkildə özünü müdafiə edə bilər, ancaq Livan nə başqa ölkələrin istifadəsi üçün açıq bir meydandır, nə də SEPAH-ın poçt qutusu.

Livanın rabitə nazirinin bu açıqlaması nə anlama gəlir? Ümumiyyətlə, son vaxtlar İran İraqda və Suriyada da sıxışdırılır. Bu hadisələr İranın “Şiə hilalı” strategiyasından imtinası ilə nəticələnə bilərmi?

  Ovqat. com-un suallarını cavablandıran politoloq Kamran Sultanlı dedi ki, İran İraq-Suriya-Livan vasitəsilə regionda “Şiə hilalı” formalaşdirıb: "Suriyada Əsədin qalib gəlməsi və İrana bağlı güclərin bu qələbədə rolu, İraqda "Həşdi-Şabi"nin, Livanda isə İran xarici siyasətinin əsas instrumental aləti olan "Hizbullah"ın Suriyada böyük döyüş yolu keçib təcrübə toplaması İsraili narahat edir. Cunki İran məhz bu proksi qüvvələr vasitəsilə rəqibləriylə birbaşa üz-uzə qalmaqdan yayınır.

İraqda baş verən etirazları, Bəsrədə İran konsulluğunun yandırılmasını Tehrana qarşı İraqda sıxışdırılma siyasətinin başlanması hesab edən K. Sultanlının  sözlərinə görə, Həşdi Şabinin SEPAH kimi bir quruma çevrilməsi iraqlıları qane etmir: "Çunki SEPAH İran iqtisadiyyatını tor kimi nəzarətinə alıb. İndi İraqda da bu cür qurumun yaradılmasının yerli əhali istəmir.

 

Digər tərəfdən İraqda son illər panərəbizm şiəliyi üstələyir. Bu da öz növbəsində İrana qarşı sərt ritorikanı gücləndirir. Hətta şiə lider olan Sairun hərəkatının lideri Muqteda Sədr son illər Səudiyyə Ərəbistanı ilə yaxınlaşır. Səudiyyə Ərəbistanı kilit nöqtə olan İraqda İranı sıxışdırmağa çalışır. ABŞ da arxa fonda bu prosesi dəstəkləyir.

"Hizbullah" döyüş təcrübəsi və əlində olan silahlara görə hardasa təhdid formalaşdırir. İraq Suriya ilə kommunikasiya baxımından, Suriya isə Livanla hilalı tamamlamaq, "Hizbullah" birbaşa logistik dəstək vermək və Aralıq dənizinə çıxmaq baxımından əhəmiyyətli regional lahiyədir. İranın burada müəyyən uğurları var, amma artıq iqtisadi cəhətdən küncə sıxısan İrana qarşı Livan, İraq və Suriyada ciddi həmlələr edilir. Unutmuyaq ki, İraqda olan şiə lider Sistani də İranın vilayəti-fəqih sistemini qəbul etmir və dünyəviliyin tərəfdarıdır".

 

Livanda "Hizbullah"a qarşı müəyyən quvvələr olduğunu qeyd edən Sultanlının fikrincə, həmin qüvvələr İranın təsirini azaltmaq üçün hər şey edirlər: "Bu baxımdan indi regionda olan Səudiyyə Ərəbistanı və İsrail, habelə onların əsas dəstəkçisi ABŞ İranı regiondan çıxartmağa çalışır. Burada onlar daxili proseslərə ümid edirlər, amma İran "Hizbullah"dan istənilən halda vaz keçməyəcək. Bu, İran sisteminin ayaqda qalması üçün önəmli bir təşkilatdır, lakin bu cür iqtisadi vəziyyətdə proksi qüvvələrə ayrılan xərclər daxildə gərginliyi artıra bilər". 

İranın hələlik şiə hilalını formalaşdırdığını və regionda önəmli aktyora çevrildiyini vurğulayan Sultanlı qeyd etdi  ki, ABŞ-ın İraqa müdaxiləsindən sonra məhv edilən sünni elita İraqda İran təsirini artırdı: "Lakin İran tətbiq olunan sanksiyalar nəticəsində həm proksi qüvvələrinə dəstək ola, həm də daxildə olan böhranı həll edə biləcəkmi, bunu zaman göstərəcək. Çünki artıq insanlar buna və onların pullarının xarici əməliyyatlara xərclənməsinə kəskin etiraz edir. Hələlik rejim tab gətirir, lakin nə qədər tab gətirəcək, bu, proseslərdən asılı olacaq".

 

İranın Yaxın Şərqdə önəmli bir təsirə malik güclu ölkə olduğunu vurğulayan politoloq Turan Rzayevin sözlərinə görə isə İranın güclü olması və Yaxın Şərqin digər ölkələri kimi inqilablara, dağıntılara məruz qalmamasının bir çox səbəbi var:

­­

"1. Bunlardan ən önəmlisi ölkədə hakim şiə ideologiyasının olması;

2. Regiona təsir edəcək bu ideologiya əsasında formalasan radikal qruplasmaları maliyyələşdirməsi.

  

İran Yaxın Şərqdə bir çox şiə ideologiyasına sahib radikal silahlı qruplaşmaları maliyyələşdirir. Məsələn, İraqda "Həsdi-Şabi" Yəməndə "Husi", Fələstində "Həmas" və nəhayət, Livanda "Hizbullah". Bu səbəbdən İsrail başda olmaqla, bir cox ölkə İranla birbasa konfliktdən cəkinir. Lakin hazırda Yaxın Şərq regionunda vəziyyət heç də İranın istədiyi kimi getmir. İranın regionda ən əsas vuran əli "Hizbullah"ın Livanda mövqeyi ciddi şəkildə zəifləməkdədir. Bu səbəbdən Livan İranın bu cür bəyanatlarına sərt reaksiya verir.

Məsələ ondadır ki, regionun bir cox ərəb ölkələri daha İsraillə münaqişə istəmirlər, əksinə, qarşılıqlı əlaqələrə daha çox meyillidirlər; məsələn, Misir, İordaniya və elə Livanın özü.

 

Livan İsraillə qarşılıqlı razılaşma nəticəsində ilk növbədə ölkədəki siyasi iqtisadi vəziyyəti ciddi ölcüdə nəzarət altına alıb.

Digər tərəfdən, İsrail hərbi birləşmələri ilə birgə "Hizbullah"ın bir cox önəmli məntəqələri zərərsizləşdirilib. Butun bu səbəblərdən İranın Livandan öz forpostu kimi bəhs etməsini Livan tərəfi belə aqressiv qarsılayır. Düzdür, bundan 5-6 il öncə Livan belə bəyanat verə bilməzdi. Çünki ölkədə ciddi mənada "Hizbullah" qorxusu və təsiri vardı. "Hizbullah"ı əsas maliyyələşdirən ölkə isə İrandır".

Son zamanlar İranın regiondan sıxısdırıldığını və regionda təsirinin ciddi ölcüdə azaldığını qeyd edən T. Rzayev deyib ki, bunun bir çox səbəbləri var:

 

"Birincisi, İrandaki sabit daxili siyasi vəziyyət son ildə pozulmaqdadır. Düzdür, ölkə nə Suriya, nə də İraqın vəziyyətinə düşməsə də, İran son bir neçə ildə 2 böyük etiraz dalğasıyla silkələndi. Bu da istər- istəməz ölkə rəhbəriliyini daxili sabitliyə yonəlik addımlar atmaga vadar etdi ki, bunun məntiqi sonluğu olaraq ölkə xaricindəki radikal silahlı qruplaşmaların maliyə yardımı azaldı.

İkincisi, İran maliyyəsi ciddi ölcüdə Qərbin və ABŞ-ın sanksiyaları ilə zərər görməkdədir. İstər-istəməz ölkə maliyyəsinin zəifləməsi İranda işsizlik və etirazlara yol açır ki, ölkə yuxarda qeyd etdiyim nəticələrlə üzləşməli olur.

Üçüncüsü, İranın dəstəyi ilə maliyələşən radikal silahlı qruplaşmalar son zamanlar fəaliyyət göstərdikləri ölkələrdə heç də yaxşı prestijə malik deyillər. Bu da yerli əhalinin onlardan üz döndərməsinə, hətta sıralarını tərk etməsinə gətirib cıxarır. Bütün bu səbəblər İranın regionda təsirinin azalmasını bir daha sübut edir".

Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 740          Tarix: 15-12-2019, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma