Xəbər lenti

 

Həsən Ruhani hökumət kabinetinin iclasında ölkəsinin Amerikanın İraqda yerləşən bazalarına hücumunu şərh edib.

 

O, digər rəsmilər kimi, hücumun “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin öldürülməsinə cavab xarakteri daşıdığını deyib.

 

“Qasım Süleymaninin əlinin kəsilməsi kimi, amerikalıların da regiondan ayağı kəsiləcək. Siz Süleymaninin əlini bədənindən ayırdınız, sizin də regiondan ayağınız kəsiləcək”,- deyə Ruhani əlavə edib.

 

Xatırladaq ki, İran bu gün axşam saatlarında “şəhid Süleymani” əməliyyatı adı altında Amerikanın Bağdadda yerləşən Ayn-əl-Əssəd hava bazası və Ərbildə yerləşən digər bazasını raket atəşinə tutub.




Ana səhifəyə qayıt        Baxış: 2 842          Tarix: 8-01-2020, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma