Xəbər lenti

  

 

Seçkilər zamanı ən çox zərbə alan təhsil sektorudur. Son 2 ildə keçirilən 3 seçki müəllimlərin nüfuzunu ciddi zədələyib”.

Ovqat.com xəbər verir ki, bu iddianı ADR Hərəkatının sədri, professor Qubad İbadoğlu irəli sürüb.

Professorun fikrincə, seçki idarəçiliyinə rəhbər və üzv şəklində cəlb edilən müəllimlər seçkidən seçkiyə daha çox ictimai qınağa tuş gəlirlər: “Fikrimcə, müəllimlərə olan etimadın azalması təhsildə islahatların həyata keçirilməsində ciddi əngələ çevrilə bilər. Odur ki, hesab edirəm ki, Təhsil Nazirliyi bu barədə düşünməli və qərarlar verməlidir. Mən təklif edirəm ki:

 

1) Məktəblərə institutsional, maliyyə muxtariyyəti verilməli, akademik azadlıqlar genişləndirilməlidir. Odur ki, təhsil şöbələri ilk növbədə rayon icra hakimiyyətlərinin nəzarətindən çıxarılmalıdır. Bunun üçün təhsil şöbələri rayonlar üzrə deyil, zonalar üzrə regional əsasda formalaşdırılmalıdır. Bu, həmçinin təhsil büdcəsinin səmərəliliyi baxımından da əhəmiyyət verə bilər.

2) Məktəb direktorları və onun müavinləri təyinatla deyil, seçkilər əsasında müəllim kollektivi tərəfindən müəyyənləşdirilməlidir. Direktorların seçkisində valideynlərin ictimai birliklərinin iştirakı təmin edilməlidir.

3) Təhsil işçiləri diaqnostik müayinədən keçməli, onlarla müqavilələr minimum 5 il olmalıdır.

4) Seçki məntəqlələrinin məktəblərdə yerləşdirilməsi qadağan olunmalıdır.

5) Seçkidə saxakarlığa yol verən və ya saxtakarlıqda iştirakı sübut olunan müəllimlər bu peşədən ömürlük məhrum edilməlidirlər. Seçki saxtakarlığına dair cinayət işi sərtləşdirilməli və bu, ağır cinayət növü sayılmalıdır.

Əks təqdirdə nüfuzunu itirən müəllimlərə görə ayrıca təhsil və seçki sistemi deyil, bütövlükdə cəmiyyət də inkişafdan qalacaq”.




Ana səhifəyə qayıt        Baxış: 1 992          Tarix: 12-02-2020, 07:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma