Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.
Ovqat.com-un "Qafqazinfo"ya istinadən məlumatına görə, bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.
Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.
Bu dairələrin liderlərinin əksəriyyəti 4,5,6-cı çağırış deputat seçilənlərdir:
10 saylı Binəqədi: Madər Musayev (partiyasız) 6 çağırışdır ki, deputatdır
11 saylı Qaradağ: Aydın Hüseynov (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)
14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)
15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (4 dəfə)
18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)
28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)
42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)
45 saylı Abşeron: Oqtay Əsədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)
57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)-
60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP) 6 çağırışdır ki, deputatdır
Paylaş: