Xəbər lenti

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair məsələ müzakirə olunub.

Teleqraf.com-un xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bunlar məcburi köşkünlərin qeydiyyatda olduğu seçki dairələridir.

Onun sözlərinə görə, son vaxtlar məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri yaradılıb. Bu da yeni seçki məntəqələrinin yaradılmasını zəruri edir.

Beləliklə, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə 5, 123 saylı Kəlbəcər seçki dairəsi üzrə 2, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd üzrə 1 və 125 saylı Zəgilan-Qubadlı seçki dairəsi üzrə 5 yeni seçki məntəqlərinin yaradılması qərara alınıb.




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 20-12-2019, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma