Bakının tam mərkəzində - İçərişəhərdə koronavirusa yaxalanan bir şəxsə göstərilən tibbi yardımın görüntüləri yayılıb.
Ovqat.com-un məlumatına görə, xüsusi geyimli həkim briqadasının xəstə dalınca getməsinin əks olunduğu video-görüntü bu bəlanın paytaxtımıza qədər sıçradığından xəbər verir.
Həmin videonun sosial şəbəkələrdə yayılmasından sonra ortaya istər-istəməz bir sual çıxır: Azərbaycan səhiyyə sistemi koronavirusla mübarizə aparacaq gücdədirmi?
Nə yazıq ki, koronavirus karantini kimi istifadə edilən xəstəxanalardan yayılan görüntülər bu suala müsbət cavab verməyə əsas yaratmır. Dünyanın bir çox ölkələri koronavirusla mübarizə aparmaq üçün xüsusi məkanlar hazırladığı halda bizim səhiyyə orqanları bu sahədə sinifdə qaldılar. Bunun ən bariz sübutu əyani görüntülərdir və biz bəzi ölkələrdəki vəziyyətlə özümüzü müqayisə etmək üçün onları paylaşırıq.
Belarus: Bu ölkədə indiyədək cəmi 2 nəfərdə korona virusu təsbit edilib. Onlardan biri isə Bakıdan gedən İran vətəndaşıdır. Həmin xəstənin saxlanıldığı şəraitlə tanış olun.
Çin: Koronavirusun ortaya çıxdığı bu ölkədə koronavirusla mübarizə
Türkiyə
Azərbaycan: Oqtay Şirəliyevin tibb elminə qazandırdığı “Allaha təvəkkül” metodologiyası
Paylaş: