Xəbər lenti

 

Necə müddətdir ki, Ovqat.com Azərbaycanda koronavirus təhlükəsindən yazır, rəsmilərimiz isə bunu inkar edirdilər.

İki çinli Azərbaycan tibbinə güvənmədiyi üçün İrana müayinəyə gedibmiş – Oqtay Şirəliyevin “Allaha təvəkkül” siyasətinin fəsadları

Koronavirus Azərbaycanda – İki virus dayışıcısı Astaradan İrana keçib

Belə görünür ki, “Allaha təvəkkül” metoduyla başını girləyən Səhiyyə Nazirliyimiz cidanı çuvalda gizlətməyin mümkün olmadığını görüb sonunda kornovirusla mübarizəyə başlayıb.

Nazirliyin bu gün yaydığı məlumata görə, artıq Azərbaycanda koronavirus epidemiyasının diaqnostikasını aparmaq üçün yer müəyyənləşdirilib və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə ölkəyə test vasitələri gətirilib. Virusun dioqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 30-da keçirilən iclasda Koronavirusla mübarizə aparmaq məqsədilə fövqəladə vəziyyət elan etmişdi. Fövqəladə vəziyyət rejimi Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələrə şamil olunmuşdu. Azərbaycan da BMT üzvü olmasına baxmayaraq, bu qərara barmaqarası baxmışdı.

Maraqlıdır ki, Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) də üzərindən xeyli keçdikdən sonra koronavirusunun xarakteristikası ilə bağlı maarifləndirici məlumat yayıb. Halbuki, Ovqat.com bundan 3 gün öncə koronavirusla əlaqədar daha detallı məlumat vermiş və hökumət orqanlarını qarşı-qarşıya qaldığımız təhlükə barədə xəbərdar etməyə çalışmışdı. Həmin vaxt müvafiq qurumlar israrla Azərbaycanda belə bir virusun təsbit edilmədiyini vurğulayırdılar.

“Allaha təvəkkül” anlayışı ilə ölkənin səhiyyə siyasətini yürüdən cənab Oqtay Şirəliyevi koronavirus barədə məlumatlandırmaq üçün 12 sualda Koronavirus kabusu: Azərbaycan ÜST-ün elan etdiyi fövqəladə vəziyyətə uyurmu? sərlövhəli yazımızı təkrar yayımlayırıq. Necə deyərlər, “öyrənmək heç vaxt gec deyil”.




Ana səhifəyə qayıt        Baxış: 2 120          Tarix: 3-02-2020, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma