Xəbər lenti
Bu gün, 15:52
 

Ötən günün koronavirus statistikasını hazırladığımız zaman ABŞ-da gün hələ tamamlanmadığından ölüm sayına görə Fransadan sonra ikinci yerdə görünürdü. Hazırda artıq ABŞ-da da gün tamamlanıb və tam ölüm statistikası bəlli olub.
Ovqat.com xəbər verir ki, ABŞ günün sonunda ölüm sayına görə Fransanı da xeyli geridə qoyaraq koronavirusa ən çox qurban verən ölkə sırasına yüksəlib.



Ovqat.com-un hazırladığı bu siyahı koronavirus dəhşətinin yeni boyutunu ortaya qoyur. ÜST dünyadakı bütün statistik rəqəmləri əsas götürərək bu mərəzin ölüm nisbəti 21%  olaraq göstərirdi. Bəllidir ki, Şərq ölkələri öz insanlarının istiqanlılığını nəzərə alıb xüsusilə ölüm hallarını gizlədirlər. Bu da koronavirusun ölümcül gücünün qeydə alınan nisbətini aşağı salırdı. Qərb ölkələri isə bu məsələdə xeyli şəffaf olduğundan xəstəlik Avropada yayılandan sonra ölüm nisbətləri də artmağa başladı. Əvvəl 17% olan bu nisbət gün keçdikcə, 18, 19, 20 faizə qədər yüksəldi. Son bir neçə gündür, bu nisbət 21%-də qərarlaşıb. 
Qərb ölkələrindəki ölüm nisbətləri ayrıca götürüləndə isə əsl həqiqət gözlər önünə sərilir. Yuxarıda təqdim etdiyimiz siyahıdan da göründüyü kimi, bu nisbət 30%-dən aşağı deyil. İngiltərədə isə vəziyyət daha mürəkkəbdir. İndiyədək korona virusa yoluxanların ölənlərlə sağalanlar arasındakı nisbəti 97%-dir. İngiltərə bu hesabla indidən koronavirusdan sinifdə qalmışa bənzəyir.
 


Ana səhifəyə qayıt        Baxış: 5 157          Tarix: 5-04-2020, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma