Xəbər lenti


Konoravirus bütün dünyada ətalət yaradıb. İnsanlar ya özlərini cəmiyyətdən təcrid edərək evlərinə çəkilib, ya da məcburi karantin altına alınıblar. Xüsusilə ABŞ-ın Nyu-york şəhəri pandemiyanın episentri olan şəhərlərdə hərəkətin tamamilə dayandığına dair xəbərlər var. Bütün bunlar isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzini (BMTM)  Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq əzmini səngitmir.
Ovqat.com-un məlimatına görə, Mərkəzin İdarə Heyətinin üzvü Esmira Cəfərova Nyu-Yorkun nüfuzlu Kolumbiya Universitetinin “Beynəlxalq Məsələlər Jurnalı”nda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı məqalə ilə çıxış edib.



“Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?” sərlövhəli məqalədə erməni təcavüzü nəticəsində Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğalı, qaçqın və məcburi köçkün problemi, eləcə də münaqişənin həlli üçün yaradılmış beynəlxalq mexanizmlərdən bəhs edilib. 
Müəllif həmçinin 2019-cu il ərzində münaqişənin tənzimlənməsi prosesində atılmış addımlara, lakin Ermənistanda yeni hakimiyyət dəyişikliyindən sonra gözləntilərin əksinə olaraq, ötən ildə də münaqişənin həllində əsaslı irəliləyişə nail olunmaması faktına işıq tutmağa çalışıb. Məqalədə qeyd edilib ki, 2020-ci ildə bu istiqamətdə ilkin addımlar atılmasına baxmayaraq, dünyada COVİD-19 pandemiyasına qarşı aparılan tədbirlərin fonunda 31 mart tarixində Ermənistanın Azərbaycan ərazilərində qondarma “seçkilər” keçirməsi bu dövlətin heç də sülh yolunda çalışmaq niyyətində olmadığını nümayiş etdirib. 
Sonda məqalədə bildirilib ki, bütün baş verənlər 2020-ci ildə də sülhə nail olunacağına dair müsbət işarələr verməsə də, sülhə bəslənən ümidlər hələ də qalmaqdadır.



Ana səhifəyə qayıt        Baxış: 3 486          Tarix: 7-04-2020, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma