Xəbər lenti
Dünən, 19:25


OPEC+ ölkələri ümumilikdə may-iyun aylarında neft hasilatını sutkada 10 milyon barel ilə məhdudlaşdırmaq barədə razılığa gəliblər. Bildirilir ki, Rusiya və Səudiyyə Ərəbistanı üçün bu, onların neft hasilatı səviyyəsindən 23 faiz azalma deməkdir. Buna qədər bir neçə dəfə keçirilməsi nəzərədə tutulsa da, müxtəlif səbələrdən təxirə salınan ölkələrin bu dəfəki görüşünün uğurlu sonluqla bitməsi neft ixrac edən ölkələr üçün sevindirici xəbərdir. 
Neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olan hasilatın artırılmasının bundan sonra azalması əslində Səudiyyə Ərəbistanı rəhbərliyinin Rusiya qarşısında məğlub duruma düşdüyünü göstərib. Səudiyyə Ərəbistanı rəsmi Moskva ilə neft qiymətləri mövzusunda müharibəni davam etdirə biləcək durumda deyil. Səudiyyə rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə OPEC-i təcili iclasa çağıraraq Rusiyaya qarşı neft qiymətləri mübarizəsində geriyə addım atıb. 
Büdcəsinin 90 faizi neftdən gələn gəlirlər hesabına formalaşan ər-Riyadın Moskva ilə mübarizədə geriyə addım atması məcburiyyətindən doğan haldır. Dolayısı ilə Kremlin Səudiyyə rejimini neft mübarizəsində yerini tanımağa məcbur etməsi gün kimi aydındır. 
Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən qlobal neft tələbatında gündəlik 20 milyon barel azalma müşahidə olunur. Rusiya iqtisadiyyatını neft qiymətlərini bir barel üçün 25 dollar səviyyəsində idarə edəcəyini açıqlayıb. Səudiyyə Ərəbistanı isə büdcə formalaşmasında neftin qiymətini bir barel üçün 85-91 dollar arasında götürüb. Bu rəqəmlərə baxdıqda krallığın Moskva qarşısında aciz göründüyünü müşahidə etmək olar. 
"Saudi Aramco"nun bir barelinin istehsal qiyməti 28 dollardır. Rusiya şirkətlərinin bir barel üçün 2,5 dollar ucuz istehsal etdiyinə diqqət yetirsək, ər-Riyadın bu müharibəni daha davam etdirə bilməyəcəyini başa düşmək olur.  
Hazırda OPEC əməkdaşlığı üçün yeganə əngəl koronavirusdur. Hasilatda nə qədər fasilə yaranmasından asılı olmayaraq "COVID-19" pandemiyası davam edərsə, neftin qiymətinə müsbət təsir göstərməyəcək. Neft qiymətləri azalmaqda davam edəcək. 
Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən əməkdaşlığın şərtləri barədə razılığa gələ bilməyən fikir ayrılıqlarına görə onu uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başlayıb. 
Bu zaman koronavirus pandemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azalıb. Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşüb. Səudiyyə Ərəbistanı bu məsələdə sadəcə araya düşən bir tərəf oldu. Kremlə yaxın ekspertlər də bunu açıq şəkildə bəyan edirlər. OPEC+ formatı və bununla da neft-qaz hasilatının azaldılması məhz ABŞ maraqlarına xidmət edən məsələ oldu. Bunun nəticəsində az müddət keçəndən sonra bazarda Amerika şirkətləri ön sıraları tutdular
Səudiyyə rəhbərliyi Birləşmiş Ştatlara nökərlik edərək, Rusiya ilə sonda məğlub olacaqları neft müharibəsinə daxil oldu. Sonda məhz ABŞ-ın göstərişi ilə Səudiyyə hasilatını azaltmağa razılaşdı və Rusiya ilə birgə neft hasilatını azaltmağa məcbur oldu. 
Bu günə olan qiymətlər də göstərir ki, artıq neftin qiyməti əhəmiyyətli dərəcədə bahalaşma başlayıb. Londonun İCE birjasında "Brent" markalı neftin qiyməti 10,4 faiz bahalaşaraq, 36,24 ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən markaya aid neft son dəfə mart ayının 13-də 36 ABŞ dollarından artıq qiymətə satılıb. Bununla yanaşı, WTI markalı neft də 13 faiz bahalaşaraq 28,36 ABŞ dollarından satılır. 
Hüseyn Abdullah 
Eastnews.org



Ana səhifəyə qayıt        Baxış: 2 559          Tarix: 11-04-2020, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma