Xəbər lenti


Dünyanın koronavirusla ən çox imtahana çəkilən ölkəsi İrandır. Buna baxmayaraq, onun hərbi qüdrətini inkişaf etdirmək əzmindən geri çəkilmək niyyəti yoxdur.
 
Ovqat.com xəbər verir ki, İran bu gün ilk hərbi peykini orbitə çıxarıb.
 
Məlumata görə, “Nur” adlı peyk iki pilləli “Kased” raket daşıyıcısından istifadə edilərək, orbitə uğurla çatdırılıb.
 
Əməliyyatın İslam İnqilab Keşikçiləri Korpusu tərəfindən həyata keçirildiyi xəbər verilir.


 
Bununla da cənub qonşumuz qurulduğu ilk gündən qarşısına qoyduğu hərbi resurs hədəflərindən birinə imza atıb. 
 
Onun hərbi peyk gücünə malik olması atəş mənzilini birdən-birə astornomik səviyədə artırması mənasına gəlir. Belə ki, bu zamana qədər İranın hərbi qüdrəti 3 min km mənzilə sahib raketləriylə İsraili və dünyanın əsas dəniz ticarəti keçidi sayılan Suveyş kanalını təhdid altında saxlaya bilirdisə, indi onun potensial hədəfləri arasına ABŞ da daxil olur. 
 
Bu məlumat təsdiqini taparsa, İranın kosmik hərbi gücü onun toxunulmazlıq imkanlarını da xeyli artıracaq.




Ana səhifəyə qayıt        Baxış: 3 265          Tarix: 22-04-2020, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma