Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
DTX-nın apardığı xüsusi əməliyyat nəticəsində Biləsuvarın icra başçısı Mahir Quliyevin və bir neçə müavininin saxlanıldığı xəbəri yayılıb.
Ovqat.com-un əldə etdiyi bir məlumat əməliyyatın əsl səbəbinə aydınlıq gətirir.
Məlumata görə, əməliyyat əslində rayon sakinlərinin sosial tələblərinə cavab vermək məqsədilə planlaşdırılıb.
Bildirilir ki, rayondan deputat seçilən Bəhruz Məhərrəmov aprelin 1-də özünün facebook səhifəsində bu məsələni gündəmə gətirib. Daha doğrusu, rayon sakinləri onları təmsil edən deputatdan DTX-nın Biləsuvar rayonunda da əməliyyat keçirməsi istəklərini rəsmi dairələrə çatdırılmasını xahiş ediblər.
Deputatın facebook dostlarından biri rayonlarında haqsızlığın baş alıb getdiyini və digər bölgələrdəki əməliyyatlardan birinin də Biləsuvarda keçirilməsinə zərurət yarandığını bildirib.
Maraqlıdır ki, deputatın da bu fikrə reaksiya neqativ olmayıb. O hətta “DTX-nın bizim rayona qonaq gəlməsi mümkündür” yazaraq, məsələni dövlət qurumlarının ixtiyarına buraxdığını qeyd edib.
Əldə etdiyimiz məlumata görə, Biləsuvar sakinlərinin sosial sifarişə çevrilən bu arzuları DTX rəhbərliyinin də diqqətini cəlb edib və onlar sosial gözləntinin böyük etiraz dalğasına çevrilməsinin qarşısını almaq üçün təcili tədbirlərə əl atmağa qərar veriblər. Biləsuvarda xalqı narazı salan amilləri araşdırmaq barədə ən yüksək səviyədə razılıq alındıqdan sonra əməliyyat hazırlığına başlanılıb və bugünkü nəticə hasil olub.
Dövlət qurumlarının artıq sosial sifarişlərə də əhəmiyyət verdiklərinin dəlili olan bu fakt digər rayon başçıları üçün də ibrət dərsi olmalıdır. Əks halda, DTX-nın həmin rayonların da qapısını döymək zərurəti yarana bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar