Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dünya
Son 24 saatda dünyada 80 min 474 nəfər koronavirusa yoluxub, 5 min 734 nəfər dünyasını dəyişib.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, dünənki artımlardan sonra koronavirusa yoluxanların ümumi sayı 3 milyon 723 min 745-ə, ölənlərin sayı isə 257 min 975-ə yüksəlib.
ABŞ
Ötən günün də ən çox itki verən ölkə yenə ABŞ olub. ABŞ-da gün ərzində 2 min 350 nəfər koronavirusa qurban gedib, 24 min 798 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 72 min 242-yə, yoluxduğu təsbit olunanların sayı isə 1 milyon 237 min 045-ə yüksəlib.
İngiltərə
Avropada isə Böyük Britaniya koronavirusa verdiyi qurban sayına görə İtaliyanı keçərək qitə birinci və dünya ikincisi ünvanı qazanıb. Ötən gün ərzində bu ölkədə 693 nəfər dünyasını dəyişib, 4 min 406 yeni koronavirus faktı aşkarlanıb. Ümumilkdə ölkədə koronaqurbanlarının sayı 29 min 427-ə yüksəlib ki, bununla da İngiltərə İtaliyanın bir addım önünə keçib. İngiltərədə indiyədək koronavirusa yoluxanların sayı isə 200 minə yaxınlaşıb.
Braziliya
Koronavirus ölümlərinin sayında günün 3-cüsü Braziliya olub. Gün ərzində bu ölkədə 578 nəfər dünyasını dəyişib, 6 min 449 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb.
Qeyd edək ki, mütəxəssislər şimal yarım kürəsində havalar isindikcə koronavirusun da tədricən cənub yarımkürəsinə enəcəyini bildirirdilər. Braziliyada gün ərzində artan ölüm və yoluxma halları ilə bu versiyanın ilk nümunəsi ola bilər. Ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 7 min 921, infeksiyaya yoluxanların sayı isə 114 min 715 nəfər olub.
Almaniya
Ölkədə gün ərzində koronavirusdan heç bir ölüm hadisəsi qeydə alınmayıb. Yoluxanların sayı isə cəmi 855 nəfər olub. Bu isə Almaniyada artıq koronavirusun nəzarət altına alındığını göstərir. Bununla belə, alman tibb mütəxəssisləri ikinci və 3-cü dalğanın başlaya biləcəyini də istisna etmirlər.
İtaliya
Avropanın koronavirus episentri sayılan İtaliyada gün ərzində 236 nəfər “əsrin vəbasına” məğlub olub, 1075 nəfərdə isə yoluxma halı qeydə alınıb. İndiyədək İtaliyada 29 min 315 nəfər koronavirusdan ölüb, 213 min 013 nəfərdə isə yoluxma halı aşkarlanıb. Yoluxma və ölüm sayına görə, bu ölkə dünya 3-cüsüdür.
İspaniya
Ümumi yoluxma sayına görə dünya 2-cisi olan İspaniyada isə indiyədək 250 min 561 nədər koronavirusla ölüm-dirim savaşına girib. Onlardan indiyədək 25 min 613-nün məğlub olduğu xəbər verilir. Bu göstərici ilə İspaniya ölüm faktına görə, dünya 4-cüsüdür. Onu 82 fərqlə Fransa (25 min 531) izləyir.
İspaniyada dünən 185 nəfər koronavirusa qurban getdiyi halda, Fransada bu say 330 olub. Fransanın son günlər ölüm sayında yaşanan artışlar onun tezliklə İspaniyanı geridə qoyacağı ehtimalını ağla gətirir.
Rusiya
Gündəlik ölüm sayında adətən 100 ətrafında var-gəl edən Rusiya yoluxma faktına görə isə neçə müddətdir ki, ikinciliyi əldən vermir. Son 3 gün ərzində bu ölkədə gündəlik yoluxma halları 10 minin üzərində olur. Ötən gün ərzində də Rusiya gündəlik 10 min 102 yoluxma faktı ilə dünya ikinciliyini “qazanıb”. Son 24 saatda Rusiyada koronavirusdan 95 nəfər ölüb.
Azərbaycan
Operativ Qərargah: Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən günün ilk onluğu
Azərbaycan
Türkiyə
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar