Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
"Görəsən, İran ikinci müqaviləni kim ilə bağlayıb..?"
Son günlər İranın Araz çayı üzərində tikdiyi körpülər və buna Azərbaycan tərəfin rəsmi icazə verməsi barədə məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb.
Moderator.az bu məsələ ilə əlaqədar konfliktoloq Elxan Mehdiyevin fikirlərini öyrənib. Müsahibəni təqdim edirik.
- Elxan bəy, İran səfirliyi və sonra Azərbaycan XİN-n müavini bu körpülərin və SES-in tikilməsinin Azərbaycan höküməti ilə razılaşdırıldığını deyir. Dünya praktikasında bu cür hallara rast gəlinirmi?
-Burada məsələ Prezident İlham Əliyevin 2016-cı il fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” imzalanan Sazişdir. Siz əgər Sazişin dilinə fikir versəniz görərsiniz ki, burada söhbət hidroqovşaqların və su elektrik stansiyalarının inşasından yox, davam etdirilməsindən gedir. Çünki həmən hidroqovşaqlar, körpülər orada çoxdan tikilmişdir. "Davam etdirilməsi" ifadəsi bundan sonra yeni layihələrin olub-olmayacağını nəzərdə tutan ümumi ifadədir və Azərbaycanla davam etdirilməsi də mümkün deyil, çünki Azərbaycanın bu əraziləri ermənilərin əlindədir. Saziş İrana daha da irəli getməsi üçün yaşıl işıq verir.
"Davam etdirilməsi" ifadəsi ilə İran çoxdan gördüyü bu işə hüquqi don geyindirmiş və sənədlərə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, BMT TŞ qərarları salmaqla Azərbaycanın əraziləri azad edilməmiş və heç nə dəyişməmiş, əksinə İranın məqsədləri hüquqi legitimlik qazanmışdır.
Əsas məsələ odur ki, bu sazişə imza atmaqla hüquqi və faktiki olaraq Azərbaycan höküməti erməni işğalçılarının əlində olan torpaqlarla əlaqə qurması üçün İranın körpü və yol çəkməsinə razılıq vermişdir. Bunu dövlət olan bir qurum dünyanın heç bir yerində edə bilməz və bu cür işə imza atmaz. Bu beynəlxalq praktikada rast gəlinən kapitulyasiya sənədlərinə bənzəyir.
- Bəs Azərbaycan nə cür davranmalıydı?
- Bu işin mahiyyətinə görə mərhum Prezident Heydər Əliyev bu plana qarşı sərt şəkildə etiraz etmiş və İran nümayəndə heyəti ilə görüşü tərk etmişdir.
Baxın, Gürcüstan niyə Abxaziya dəmir yolunu açmır. Bu dəmiryolu Gürcüstanın iqtisadiyatı üçün çox önəm daşıyır, Rusiya da açılmasını istəyir, Ermənistan isə yalvarır. Çünki, dəmiryolu Gürcüstanın dövlət sərhədini keçdiyinə görə, dəmiryolun keçdiyi Abxaziya –Rusiya sərhədində Gürcüstan gürcü sərhəd və gömrük xidmətinin olmasını tələb edir. Burada da, Azərbaycan bu körpülərin tikilməsi üçün şərt olaraq, öz sərhəd və gömrük xidmətinin bu körpülərdə yerləşməsini tələb edərdi. Bu olmasa belə, birgə Azərbaycan-erməni-İran qüvvələrinin nəzarətini tələb edərdi. Və ya kompromis olaraq beynəlxalq neytral qüvvələrin olmasını tələb edə bilərdi. Əksinə, Azərbaycan İranın Ermənistan və DQ qüvvələrinə birbaşa çıxışını maneəsiz olaraq bu sazişlə təmin etmişdir.
Bu, Azərbaycanın həm 1 nömrəli təhlükəsizlik problemi olmaqla bərabər, həm də beynəlxalq problemdir. Azərbaycan nəzarət edə bilmədiyi beynəlxalq sərhədlərini başqa dövlətə bağlamaqla, o yolların törədəcəyi nəticələrin məsuliyyətini də öz üzərinə götürmüşdür. Əksinə, bu körpülər işğaldan öncə tikilsə və istismar edilsə idi belə, işğaldan sonra suveren Azərbaycan dövlətinin tələbi ilə o həmən bağlanır və onu heç kim da işğal qüvvələrinə aça bilməzdi.
Azərbaycan nəzarət etmədiyi əraziləri İrana bağlayan körpü-yol salınmasına razılıq verməklə həmın ərazilərə nəzarət edən erməni qüvvlərinin İranla işbirliyinin nəticələrinin məsuliyyətini öz üzərinə götürmüşdür. Erməniləri isə hüquqi baxımdan məsuliyyətdən azad etmişdir.
Bu cür qüvvələrlə İran arasındakı nəzarətsiz yolların mövcudluğundan beynəlxalq müstəvidə öz maraqlarına görə istifadə etmək əvəzinə, Azərbaycan İranın bu əməllərini dövlətlərarası sazişlə qanuni formaya salmışdır. Bu baxımdan Ermənistanın və DG-dakı rejimin İranla əlaqəsinin gətirdiyi nəticələr Azərbaycanım başında çatlaya bilər.
Mənim üçün maraqlıdır, görəsən İran ikinci müqaviləni kim ilə bağlamışdır? Çünki ermənilərin razılığı olmasa İran orada bu işləri görə bilməzdi. Yəqin ki, Dağlıq Qarabaq hakimiyyəti ilə də qarşılıqlı Saziş imzalayıblar.
- Siz bu körpülərin və su bəndinin çoxdan tikildiyi qənaətindəsiniz?
- Əlbəttə. Naxçıvana gedən vətəndaşlarımız bu bəndin Zəngilan ərazisinə qədər uzandığını 10 ildir söyləyirdilər.Onu gizlətmək mümkün idimi?.
İkincisi, bizim İrandan olan və həmən körpüdə işləyən və orada körpünün yanında hərbi xidmət keçən və körpüdən dəfələrlə Cəbrayıla keçən İranlı dostlarımız var və onlar bunun 2010 –cı ildən hazır olduğunu bildirirdilər. Bu Saziş sadəcə olaraq İranın qanunsuz işlərinin, azərbaycanca desək, “oformut” edilməsi deməkdir.
Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislərin iştirak edəcəyi deyilir. 4 il keçib bu sazişdən , kim iştirak edir orda ? Kim nəzarət edir Azərbaycandan? Xələf Xələfov bu prosesə necə nəzarət edib?
Orada nə qədər kənd, qəbristanlıqlar, insanların mülkiyyəti, yol və dəmiryolu su altında qalıb. Bu məsuliyyəti kim öz üzərinə götürüb imza atıb?.
Bu böyük beynəlxalq skandaldır. Normal azad ölkədə, azad mətbuatın və parlamentin olduğu bir ölkədə bu işin altından heç kim çıxa bilməz.
Əksinə, AzərTAC-ın 25 fevral 2016-cı il xəbərinə görə “Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür”.
- Iranın burada marağı nədir?
- Baxın. Sazişdə deyilir ki, ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyasında istismar və baxım İran tərəfindən təmin olunur. İranın tam suverenliyi tanınır. Bizim ərazilər nə zaman geri alınacaq? Kim bilir? Alındığı zaman orada körpü tikmək böyük problemdirmi ya da böyük işdirmi?
O zaman bu körpüləri İran indi niyə istəyir?. Təbii ki, ermənilərlə iş birliyi üçün. Və ermənilərin də burada qarşılıqlı qazancı dəfələrlə çoxdur. İkincisi, bu nəzarətsiz koridorlar İranın indiki beynəlxalq durumunda onun beyhnəxalq sanksiyalardan yayınmaq və silah averi və nüvə proqramı üçün istifadə edə biləcəyi gizli yoldur. Və Azərbaycan bu işə getməklə onunla faktiki olaraq əlbir olmaqda suclana bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar