Xəbər lenti

 
 
ABŞ-ın vitse-prezidenti Mayk Pens koronavirus infeksiyasına görə ev karantininə alınıb.  
 
Eastnews.org-un verdiyi xəbərə görə,  bu barədə "Bloomberg" saytı məlumat yayıb.  
 
Məlumata görə, ABŞ-ın bəzi mənbələri vitse-prezident Mayk Pensin Ağ Evin digər işçilərindən ayrıldığını və ona ev karantini tətbiq olunduğunu söyləyib.   
 
ABŞ Prezidentinin mətbuat xidmətinin direktor müavini Kirus Millerin koronavirus testinin müsbət çıxmasından sonra Mayk Pensində karantinə alındığını bildirib. 
 
Buna baxmayaraq, Mayk Pensin ofisinin nümayəndəsi Pensin bazar ertəsi günü Ağ Evdə olacağını söyləyərək, bu xəbəri təkzib edib. 


Ana səhifəyə qayıt        Baxış: 3 039          Tarix: 11-05-2020, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma