Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Afsəddin Nəbiyev
AMİP Siyasi Şura üzvü.
Elə bir dövrdə yaşayırıq ki, heç nəyi gizlətmək mümkün deyil. Müasir dünyada inkişaf etmiş ölkələrin demək olar ki, hamısı şəffaf idarəçilik prinsiplərinə əməl edərək bu vəziyyətə çatıblar. Eyni zamanda, həmin ölkələrdəki siyasi institutlar da dövlət idarəetməsində yaxından iştirak edib cəmiyyətin inkişafına güclü təkan veriblər. Yəni hər hansı bir dövlətin inkişafını göstərən amillərdən biri də siyasi partiyaların, ictimai təşkilatların idarəetmə prosesində yaxından iştirakıdır.
Bəs bizdə vəziyyət necədir?
İş o yerə çatıb ki, iqtidarı təmsil edən şəxslər öz idarəçiliyi altında olan məmurları dövlətin əmlakını taladıqları, rüşvət aldıqları üçün ciddi şəkildə tənqid edirlər. Bu özünütənqid deyil, nonsesdir. Belə ki, bu zaman hakimiyyəti təmsil edən şəxslər həm iqtidar, həm də müxalifət mövqeyində olmuş olurlar. Bu cür vəziyyət isə yalnız siyasi müxalifətin sıradan çıxarılması zamanı yarana bilər ki, o da gözümüzün önündədir.
Filosoflar dövləti insana bənzədirlər. Dövlətin gözünü müxalifətlə, onurğa sütununu təhlükəsizlik orqanları ilə, fiziki gücünü ordu ilə müqayisə edirlər. Diqqətlə baxdıqda həqiqət payı da var. Müxalifət dövlətin görən gözü olmalıdır. Əgər bu gözlər bilərəkdən bağlanarsa və çıxarılarsa nələrin baş verəcəyini anlamaq o qədər də çətin deyil.
Baxın, siyasi institutlar tamamilə zəiflədiyi üçün dövlət sanki bütün funksiyaları öz üzərinə götürüb. Ucqar bir kənddə icra nümayəndəsi ilə mübahisəli bir məsələ ortaya çıxanda da, prezidentə müraciət olunur. Bütün bunların əsl səbəbi isə, aşağıdan yuxarıya bütün instansiyalardakı ciddi nöqsanlar və yanlış idarəetmə sistemidir.
Hər bir modern dövlətin uğur hekayəsinin təməlində birmənalı olaraq, siyasi müxalifət və vətəndaş cəmiyyəti dayanır. İqtidar-müxalifət münasibətləri debatlarla, müzakirələrlə tənzimlənməlidir. Müxalifət partiyalarının təklif və proqramları geniş auditoriya qarşısında müzakirə olunmalıdır.
Açığı, son vaxtlar həm ölkə rərbəri, həm də hakim partiya funksionerləri siyasi açılım olacağı ilə bağlı tez-tez açıqlamalar verirlər. Eyni zamanda ciddi islahatlar olacağı ilə bağlı da gözləntilərimiz var. Niyə də olmasın? Qarabağ kimi problemimiz olduğu halda, məmur idarəçiliyi ilə bağlı problemləri çoxdan həll etməliydik.
XXI əsrdə məmur kabinetlərində rüşvət rəzalətini izləmək hər birimizi narahat etməlidir. Belə hallar həm də dünyada dövlətimizin imicinə xələl gətirir. Belə hallara qarşı vətəndaş cəmiyyəti də mübarizə aparmalı, öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Dövət özündə yalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir. Ona görə dövləti idarə edən hakimiyyət cəmiyyətin maraqlarının təmin olunmasında həm cavabdehlik, həm də məsuliyyət daşıyır.
İqtidar-müxalifət dialoqu Azərbaycanda yeni situasiyanın başlanğıcı ola bilər. Təbii ki, əgər bu dialoq formal xarakter daşımayacaqsa. Yox əgər dialoq indiyə qədər olduğu kimi nəticəsiz və səmərəsiz olacaqsa, o zaman cəmiyyətin yetkinləşmə fürsəti bu dəfə də qaçırılmış olacaq. Bu isə, yalnız düşmənlərin işinə yaraya bilər. Ümid edirəm ki, bu məsələlər tezliklər öz həllini tapacaq və bizlər Azərbaycanda yeni normal siyasi münasibətlərin şahidi olacağıq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar