Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
"Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür".
Bunu Milli Məclisin Hüquq komitəsinin sədri Əli Hüseynli Ədliyyə Nazirliyi tərəfindən yeni partiyaların qeydiyyata alınmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və "Yeni Zaman" Partiyasının qeydiyyata alınmasını çox müsbət haldır: “Bu partiyalar uzun illər mövcud olsa da, qeydiyyatsız fəaliyyət göstərirdilər. Hazırda isə siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür”.
Əli Hüseynli vurğulayıb ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir: “Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir.
Altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq, müxalifət partiyasını təmsil edən millət vəkili Milli Məclisin sədr müavini seçilib. Həmçinin, komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer alıb. Bütün bunlar həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata alınması isə ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək”. \\APA
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar