Xəbər lenti
Dünən, 19:25

 
“Azərbaycan müxalifəti bu günlərdə mediada İran əleyhinə səs-küy yaratmışdır. Zəhmət olmasa bunu da yazsınlar ki, ABŞ-ın artıq onuncu ştatı qondarma “Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəri artıq bu sənədi imzalayıb”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri İran dini liderinin Ərdəbil üzrə nümayəndəsi, imam-cümə, Ayətullah Seyid Həsən Amili saytımız vasitəsilə Azərbaycan müxalifətinə ünvanladığı müraciətində bildirib.
 
Müraciəti olduğu kimi dərc edirik:
 
“İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz. İran və Azərbaycan xalqı iki dövlətdə olan bir millət. 
 
Bizim keçmiş tariximiz, mədəniyyətimiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, incəsənət xadimlərimiz, şairlərimiz, fəqihlərimiz, təqlid mərcələrimiz, qəhrəmanlarımız və qəhərmanlıq dastanlarımız və ... bütün bunlar birdir. Onların izzət və başucalığı bizim izzətimizdir. Onların dərd və sıxıntısı bizim dərdimiz və sıxıntımızdır, Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir. Qarabağın işğalını öz torpaqlarımızın işğalı kimi hiss edirik. 
 
 
Azərbaycan müxalifəti bu günlərdə mediada İran əleyhinə səs-küy yaratmışdır. Zəhmət olmasa bunu da yazsınlar ki, ABŞ-ın artıq onuncu ştatı qondarma “Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəri artıq bu sənədi imzalayıb. Yazsınlar ki, qondarma respublikanın bütün büdcəsi ABŞ tərəfindən təmin olunur. Yazsınlar ki, ABŞ oraya getmək üçün viza rəsmiləşdirir. Yazsınlar ki, Birləşmiş Ştatlar BMT TŞ-nın Qarabağ barəsində qəbul etdiyi qətnamələrin icrasına mane olur.
 
Azərbaycan xalqı diqqətli olmalı və bilməlidir ki, nə üçün bu gün Azərbaycanın İran əleyhinə ssneraristləri Amerikanın Qarabağ barəsindəki cinayətlərindən bir kəlmə də danışmır və yazmırlar? Nə üçün Qarabağın işğal olunmasının əsas səbəbkarının ABŞ olduğunu yazmırlar?"


Ana səhifəyə qayıt        Baxış: 6 281          Tarix: 18-05-2020, 00:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma