Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Xudafərin” sazişi qalmaqalına Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili də münasibət bildirib.
Ovqat.com-un məlumatına görə, İran İslam Respublikasının ali dini rəhbərinin nümayəndəsi olan Ayətullah Seyid Həsən Amili mubarək Ramazan ayının 19-u gecəsində sazişlə bağlı mövqeyini açıqlayıb.
Dəyərli İmam-cümə həzrətləri bu kimi həqiqətləri dilə gətirən media qurumlarının və ölkəmizin bəzi müxalif qurumlarının fəaliyyətini fitnə-fəsad adlandıraraq, Azərbaycan və İran xalqlarının qardaş olduğunu xatırladıb.
“Bir də Azərbaycanın içində tapılıblar, hey yalan sözlə bizim məmləkətə töhmət vururlar, iftira atırlar. Bunlar Amerikanın, İsrailin tərəfindən məmurdurlar, Azərbaycan millətini bizə düşmən edələr. Azərbaycan bizdəndir, biz də Azərbaycandanıq”,-deyən ayətullah bu “fitnəkarlara” qarğış etməyi də yaddan çıxarmayıb: “Allah bunların ürəklərinə ağlagəlməyən dağı vur! Bunlar ki iki məmləkətin əlaqəsini, rabitəsini xarablayırlar, Allah onları pis günə qoy!”
O, həmçinin ermənilərin işğalçı olduğunu və tezliklə Qarabağı tərk etmələri gərəkdiyini bildirib və bu məsələdə Azərbaycanın haqq mübarizəsini dəstəkləyib: “Allah işğalçı erməniləri Qarabağda məhv elə! Allah Qarabağı tezliklə azad elə!
Seyid Həsən Amilini İran dini liderinin təmsilçisi və sözçüsü olduğunu nəzərə alıb bu fikirlərin həm də Ayətullah Xamneyinin bəyanı kimi qəbul edir, rəsmi Tehranın tezliklə Qarabağa körpü və yol çəkənləri də cəzalandıracağını düşünürük. Zira dini iradənin mövqeyindən belə anlaşılır ki, İrandan Qarabağa çəkilən körpülər ölkənin ladini (sekulyar) hakimiyyətinin iradəsi ilə həyata keçirib. İranda isə son sözü ladinilər yox, ruhanilər deyirlər. Məhz bu səbəbdən də dəyərli Ayətullahın məlum çıxışından sonra teokratik hakimiyyətin din qardaşlığı adına mübahisə doğuran bu məsələyə müdaxilə edəcəyi gözlənilir.
İran siyasi iradəsinin bəyanı kimi baxdığımız həmin çıxışdan bəzi fraqmentləri oxucularımızla paylaşırıq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar