Xəbər lenti
Dünən, 19:25

 
"Əgər neft tankerlərimiz Karib dənizində və ya dünyanın başqa bir yerində ABŞ maneəsi ilə qarşılaşsalar, əks tərəf də bunun qarşılığında adekvat problemlər yaşayacaq".
 
Ovqat.com xəbər verir kİ, ABŞ-a meydan oxuyan bu fikirləri İran prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı zamanı deyib.
 
İranın Prezident Administrasiyasının verdiyi məlumata görə, liderlər dünənki söhbətlərində Tehran-Doha arasındakı əlaqələrdən tutmuş ABŞ-İran gərginliyinə qədər bir çox məsələləri müzakirə edib. Tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyi qərara alıblar.
 
Həsən Ruhani ABŞ-ın Venesuelaya göndərilən İrana məxsus neft tankerlərinə müdaxiləsinə də toxunub. Onun fikrincə, İran müharibə tərəfdarı deyil, amma öz suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı təhdidlərə də biganə qalmayacaq: "Ümid edirik ki, amerikalılar bu səhvi bir baha təkrarlamazlar." 
 
Bölgənin bütün ölkələrinin regional təhlükəsizliyi təmin etmək üçün birlikdə hərəkət etməli olduğunu vurğulayan Qətər Emiri Əl Sani deyib: "Hər cür gərginliyin əleyhinəyik və gərginliyi azaltmaq üçün bütün səyləri göstərəcəyik."
 
Qətər əmiri İranla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiklərini də gizlətməyib.
 
Xatırladaq ki, ötən həftə ABŞ hərbi donanmasına aid gəmilər Venesuelaya neft daşıyan İran tankerlırinin qarçısını kəsmiş, bu da iki ölkə arasında ciddi mübahisələrə yol açmışdı.


Ana səhifəyə qayıt        Baxış: 2 981          Tarix: 24-05-2020, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma