Bu gün İranda Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə keçirilən hərbi paradda İranın dövlət və hökumət nümayəndələri iştirak ediblər. Prezident Həsən Ruhani çıxış edərək İran ordusunun qüdrətindən danışıb.
Prezident qeyd edib ki, İran sabit bölgədə yerləşmədiyi üçün ordusu daim hazır olmalıdır. Lakin heç kim İran ordusunun gücündən narahat olmamalıdır. Bizim gücümüz qonşularımıza qarşı yönəlməyib. Ordumuzun gücü terror təşkilatlarına və İran torpaqlarına göz dikənlərə qarşı yönəlib.
Biz qonşularımıza səmimi və qardaş kimi deyirik ki, bizim tanklarımız, toplarımız, raketlərimiz sizin əleyhinizə deyil. İranın Silahlı Qüvvələri ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçündür.
İran prezidenti bəyan edib ki, İran bölgədəki dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır(azərtac).
Paylaş: