Xəbər lenti

 
 
Məlum olduğu kimi, Respublika Prokurorunun sabiq I müavini Rüstəm Usubov “Əməkdar hüquqşünas” adı verilərək “fəxri istirahət”ə göndərildi.
 
Ovqat.com xəbər verir ki, R.Usubov bu yüksək ada “Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə” layiq görüldü. 
 
Onun uzun müddət ərzində hansı “səmərəli fəaliyyət”lə məşğul olduğu deyə bilmərik. Amma onu bilirik ki, Rüstəm müəllimin prokurorluq orqanlarındakı fəaliyyəti nəticəsində adi bir müsahibəyə görə xəbərdarlıq alan çoxsaylı jurnalistlərdən də biri biz olmuşuq. Həmin xəbərdarlıqların “səmərəli fəaliyyətlər” siyahısına salınıb-salınmadığından isə bixəbərik. Bununla belə, “səmərəli fəaliyyətlərin” “əməkdar hüquqşünas”a qazandırdığı mənfəətlərin dodaq uçuqladıcaq həddə olduğu iddia edilir.
 
“Hürriyyət” qəzetinin hazırladığı video-materialı təqdim edirik.
 






Ana səhifəyə qayıt        Baxış: 5 005          Tarix: 25-05-2020, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma