
Xəbər lenti
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19
22-02-2025, 17:18
22-02-2025, 15:27
22-02-2025, 14:36

“Donald Tramp həyatda gördüyüm yeganə prezidentdir ki, ABŞ xalqını birləşdirməyə çalışmır, özünü bu cür aparmağa belə cəhd göstərmir”.
Ovqat.com xəbər verir ki, bunu "The Atlantic" nəşrinə açıqlamasında ABŞ-ın sabiq Müdafiə naziri Cim Mattis deyib.

Qaradərili Corc Floydun qətlindən sonra başlayan etiraz aksiyalarına Trampın münasibətini şərh edən Cim Mattisin fikrincə, “ABŞ prezidenti xalqı vahid cinahda birləşdirmək əvəzinə, tam əksinə, bölməyə çalışır”: “Yetkin rəhbərlik qabiliyyətindən uzaq 3 ilin məşum nəticələriylə qarşı-qarşıyayıq”.
Ötən həftə baş verənləri “qəzəb və dəhşət” içərisində izlədiyini bildirən Mattis, ABŞ prezidentindən fərqli olaraq, etirazçıların tələblərini bütünləşdirici və faydalı görür.

Vaşinqtonda Ağ evin qarşısında etirazçılara qarşı polis və Milli Qvardiya əsgərlərinin zorakılığını tənqid edən Mattis deyib:
"Təxminən 50 il əvvəl orduya qoşulduğum zaman konstitusiyanı dəstəkləmək və qorumaq üçün and içmişdim. O vaxt təsəvvürümə gətirməzdim ki, eyni andı içən əsgərlər vətəndaşlarının konstitusiya hüquqlarını pozmaq üçün əmr ala bilərlər”.

Şəkildə: Milli Qvardiya əsgərləri etirazçılara qoşuldu
Qeyd edək ki, Cim Mattis Trampın ilk kadrlarından olub. 1 dekabr 2016-cı il tarixində prezident tərəfindən ABŞ Müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülən Mattis 20 Yanvar 2017-ci ildə ABŞ Senatı tərəfindən 1-ə qarşı 98 səslə həmin vəzifəyə seçilmişdi. O, Tramp hökumətinin Senat tərəfindən təsdiqlənən ilk üzvü olsa da, vəzifəsində uzun zaman duruş gətirə bilməmişdi. 2018-ci ildə Trampın ABŞ əsgərlərini Suriyadan çəkməklə bağlı qərarına etirazını bildirən Mattis istefa ərizəsi yazmışdı. İstefa ərizəsindəki bir cümlə xüsusulə diqqətə şayan idi: “Sizin öz düşüncənizə yaxın Müdafiə naziriylə işləmək haqqınız var”.

ABŞ prezidenti Donald Tramp öz ənənəvi Tvitter-bəyanatında Cim Mattisin bu yumşaq etirazını “şərəf dərəcəsiylə pensiyaya göndərilmə” kimi qiymətləndirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər