Xəbər lenti

 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 25 iyun tarixində ilk dəfə olaraq “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsidir” adlı Azərbaycan və özbək uşaqlarının iştirakı ilə Beynəlxalq Onlayn-Forum keçirilib. Tədbir 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunub.
 
Mədəniyyət Mərkəzindən Ovqat.com-a verilən məlumata görə, Forumun əsas məqsədigələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etmək olub.
 


Onlayn-Forumu giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Forum iştirakçılarını 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib. O, uşaqların milli vətənpərvərlik və qəhrəmanlıq hissləri ilə yetişdirilməsi, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməyin əhəmiyyətindən danışıb. 
 
Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin   müstəqilliyimizi xilas edərək, onu bizlərə əmanət etdiyini və ulu Öndərin uşaqlar haqqında söylədiyi fikrini səsləndirib: “Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır”. 


 
Diplomat uşaqlara qayğı və onlar üçün bütün şəraitlərin yaradılmasının həm müstəqil Azərbaycanda, həm də Özbəkistanda əsas məsələlərdən olduğunu qeyd edərək, Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun bu istiqamətdə layihələrindən danışıb. 
 
Online-Forumda Azərbaycan – Özbəkistan tarixi dostluğu, ana dilinin dəyəri, Azərbaycanın tarixi, İrəvan, Naxçıvan, Şuşa kimi qədim şəhərlərimizi,  iki ölkənin dahi şəxsiyyətləri, xalqlarımızın dünya mədəniyyətinə, elminə, ədəbiyyatına bəxş etdiyi tanınmış şəxsiyyətlər Nizami Gəncəvi, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyov, Abdulla Aripov, Maqsud Şeyxzadə, Seyid Rza Əlizadə və b. mövzular haqqında məruzələr dinlənilmişdir.


 
Özbək tələbə-gənc Razzaq Xudoykulov hər iki ölkənin uşaqlarına “Azərbaycan – Özbəkistan tarixi dostluğu bizə babalarımızın əmanəti və onu qorumaq hər birimizin borcudur” adlı videomüraciəti səsləndi.  
 
Forumda Azərbaycandan olan şagirdlər Sübhan Məmmədli Heydər Əliyev müstəqilliyimizin xilaskarı, müstəqil  Azərbaycanın memarıdır”, Gülay Əhmədliİrəvan - qədim Azərbaycan şəhəri və ata-babalarımızın yurd yeri”, Cəlil XəliliQarabağ Azərbaycan mədəniyyətinin beşiyidir”, Camal MəmmədzadəAprel zəfəri ─ Vətən torpaqlarının azadlığına gedən yol”, Fərhad Quliyev “Ana dilim ─ milli varlığım, qürur mənbəyim, öz hakimliyim”, Ziya RaminoğluŞah babamız Xətai. Nə üçün onunla qürur duymalıyıq?” və s. mövzular üzrə məruzələr edib.



 
Özbək uşaqları da Forumda bir sıra məruzələrlə - Nozim AfiyevVətən Anadır və hamımız üçün müqqədəs yurd yeridir”, Arina Zaverşinskaya:  “Özbək mətbəxi – Dünya kulinariyasının ləzzət simvolu”, Saidjon Raşidov “Abdulla Aripov – müstəqil Özbəkistanın himninin müəllifi”, Yasmin Aydınova Türk dünyasının iki dahi şairi – Nizami Gəncəvi və Əlişir Nəvai”, Parvina Fazilova  “Maqsud Şeyxzadə – İki xalqın böyük oğlu”, Safina Baqayeva “Seyid Rza Əlizadə – Özbəkistanda   tanınmış azərbaycanlı, dünya şöhrətli dramaturq”, və s. mövzular üzrə çıxış ediblər.
 
Beynəlxalq Onlayn Uşaq Forumunun moderatorları Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının rəhbəri Sələmə Fətəliyeva, Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya Mərkəzinin rəhbəri Kifayət Pirməmmədova və kurs müəllimi Lalə Orudjova olmuşlar. 

 

Qeyd edək ki, Uşaq Forumunda mövzu üzrə əhatəli, məlumat və faktlarla zəngin olan məruzələr seçilərək, onları hazırlayan uşaqlara Azərbaycan Mədəniyyət Mərkəzinin mükafatları və diplomları təqdim ediləcəkdir. 
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə gələcəkdə iki ölkə uşaq və gəncləri arasında müxtəlif mövzular üzrə - hər iki ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mütaliə etdiyim nəşrlərin təhlili,  habelə istedadlı uşaqların konsert və təqdimatlarına dair onlayn forumların keçirilməsi nəzərdə tutulub.


Ana səhifəyə qayıt        Baxış: 3 537          Tarix: 27-06-2020, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma