Xəbər lenti

 
Bu ilin 25 iyun tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsidir” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcəkdir. 
 
Ovqat.com-a bu barədə məlumat Mədəniyyət Mərkəzindən daxil olub.
 
Məlumata görə, Forum 26 iyun Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunacaq. Forumun əsas məqsədi – gələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməkdir.
 
Uşaq Forumunda hər iki ölkənin gələcəyi olan uşaqların çoxsaylı məruzələri təqdim olunacaqdır. Belə ki, uşaqlar həm hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər. 
 
Uşaq Forumununu təblik çıxışı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açacaq və tədbirin moderatorluğunu   Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri həyata keçirəcəklər. 
 
Qeyd edək ki, Beynəlxalq Onlayn-Forumda fərqlənən və əhatəli məruzələr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır. 
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bildirildiyinə görə, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə ilk dəfə olaraq bu cür Beynəlxalq Onlayn-Forum keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzi gələcəkdə iki ölkənin istedadlı uşaqlarının, gənclərinin birgə konsertinin, habelə müxtəlif mövzular üzrə birgə onlayn tədbirlərin tez-tez  keçirilməsini planlaşdırır.


Ana səhifəyə qayıt        Baxış: 3 031          Tarix: 23-06-2020, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma