Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatında görüşüb.
Ovqat.com xəbər verir ki, Kremlin yaydığı yazılı açıqlamada belə deyilir.
Məlumata görə, görüşdə əsasən Suriya və Ukrayna məsələsi müzakirə olunmaqla yanaşı, "Liviyada davam edən münaqişələrlə bağlı qarşılıqlı narahatlıq ifadə olunub”.
Liderlər Liviyada təcili olaraq atəşin dayandırılması və BMT Təhlükəsizlik Şurasının 2510 qətnaməsinə və Berlin konfransının qərarlarına uyğun olaraq danışıqların bərpa edilməsi məsələlərində həmrəy olublar.
Bəyanatda bildirilir ki, liderlər Rusiya və Fransanın Suriya ilə bağlı qarşılıqlı məsləhətləşmələri davam etdirməyi qərara alıblar.
Açıqlamada Putinin həmçinin İdlibdə gərginliyin azalması zonasında atılan addımlar barədə Makrona məlumat verdiyi vurğulanıb.
Qeyd edək ki, iki gün əvvəl Suriya müxalifləri Rusiya ilə Suriya ordusunun hərəkətə keçərək İdlibin böyük qismini yenidən işğal etdiyi açıqlamışdılar. Bildirildiyinə görə, strateji əhəmiyyətə malik M4 şosse yolu tamamilə Rusiya və Suriya hərbi birləşmələrinin əlinə keçib.
Rusiyanın digər hərbi aktivliyi Liviyanın Sirtə limanında qeydə alınıb. BMT tərəfindən dəstəklənən Milli Konsensus Hökumətinin bildirdiyinə görə, ötən gün Rusiyaya aid təyyarələr 11 dəfə Əl-Gırdabiyyə hərbi hava limanına eniş əməliyyatı həyata keçirib. Sirtə və Kufra üzrə birgə əməliyyat Palatasının nümayəndəsi Əbdülhadi Dira iddia edir ki, Rusiya bu uçuşlarla Həftər ordusuna 6 ədəd Pantsir havadan müdafiə sistemi və digər silah-sursatlar gətirib. Bütün bunlardan sonra Putinin Liviyada atəşkəsdən danışması nə qədər təzadlı görünsə də, əslində təəccüb doğurmur.
Məsələ burasındadır ki, Liviyada son zamanlar yaşanan hadisələrin təhlili beynəlxalq birlik tərəfindən ölkənin ikiyə ayrılması üzərində razılıq əldə olunduğunu göstərir. Razılaşdırılmayan tək məsələ isə Sirtənin hansı tərəfə verilməsidir. Hazırda əsas dava da Sitrə bölgəsi üzərində gedir və tərəflərin bu məsələdə ortaq məxrəcə gəlməsi o qədər də mümkün görünmür.
Əslində Liviyanın şərqi ilə qərbi İtaliya tərəfindən ələ keçirilənədək onsuz da bir-birindən ayrı idi. 1911-1912-ci illərdə baş verən İtaliya-Osmanlı müharibəsindən sonra İtaliyanın əlinə keçən bu torpaqlar 20 illik dirənişdən sonra müqavimət gücünü itirdi. Məhz bundan sonra İtaliya bölgədəki Tripoli, Sirenayka (Kirenaika) və Fəzzan əyalətlərini Liviya adı altında özünə birləşdirdi. II Dünya savaşından məğlubiyyətlə ayrılan İtaliya Liviyadan da vaz keçməli oldu. Qısa müddət ərzində Böyük Britaniyanın nəzarətində qalan bölgə 1949-cu ildə müstəqilliyini elan etdi. Beləcə, hər an parçalanmağa hazır olan Liviya dövləti ortaya çıxdı.
Ərazisinin 95-i yaşamağa uyğun olmayan səhralardan ibarət Liviyanın ən əhəmiyyətli bölgəsi isə Sitrədir. 2011-ci ilə qədər Tripoliyə bağlı olan bu əyalət Müəmmər Qəzzafinin devrilməsindən sonra qərblə şərq arasında mübahisə predmetinə çevrildi.
Sual oluna bilər: ərazisi Liviyanın 100-də birinə bərabər olmayan Sitrəni bu qədər əhəmiyyətli qılan nədir? Təbii ki, ilk növbədə neft ehtiyatları. Amma Sitrənin əhəmiyyətini təkcə təbii ehtiyatları ilə məhdudlaşdırmaq mümkün deyil. İstərsəniz gəlin, xüsusilə son zamanlar bir parçası olduğu ölkədən belə önəmli hala gələn, dünyanın bütün güclü dövlətlərinin diqqətini öz üzərinə çəkməyi bacaran bu liman şəhərinin əhəmiyyətini tam mənasıyla anlamaq üçün məsələyə daha geniş perspektivdən baxaq.
1962-ci ildə OPEK-in üzvü olan Liviyanın sübut olunmuş neft ehtiyatlarının həcmi 48 milyard barrel təşkil edir. Lakin onun təbii sərvətləri bununla məhdudlaşmır. Liviyada hələ də öz kəşfini gözləyən zəngin karbohidrogen yataqları var. Bundan başqa, Liviya Avropa qitəsinə və dolayısıyla dünyanın ən nəhəng enerji bazarına coğrafi baxımdan da yaxındır. Onu bu qitəyə bağlayan əsas limanı isə Sitrədə yerləşir.
Sitrə həmçinin kəşf olunmuş Liviya neftinin 70-80%-ni özündə birləşdirən Sirenayka (mərkəzi şəhəri Binqazi) və Fəzzan “qara qızılının” Aralıq dənizinə daşıyan son nöqtədir. Onun Tripoli hökumətində qalması Fəzzan və Sirenaykanın barışa bilməyəcəyi ehtimaldır.
Sirtənin özü də zəngin neft rezervlərinə malikdir. Ölkənin ən böyük neft yatağı Sarir burda yerləşir. Hansı ki, dünən həmin yataqların da Rusiya gizli ordusu “Wagner” tərəfindən ələ keçirildiyi bildirilirdi. 8 milyard barel kəşf edilmiş neft ehtiyatları olan bu yataq iqtisadiyyatının 80%-dən çoxu karbohidrogen gəlirlərindən təşəkkül tapan Liviya üçün əvəzsiz xəzinədir.
Üstəlik, bütün bunlar kəşf olunanlardır. Liviyanın bir də kəşf edilməmiş rezervləri var və bunun həcmi kəşf edilmişlərlə müqayisədə dəfələrlə böyükdür. Ümumiyyətlə, Liviyada hələ də neft qurudan çıxarılır və dünyanın ən keyfiyyətli karbohidrogen məhsulu sayılır. Quruda belə kəşf edilməmiş zəngin neft yataqlarına malik Liviyanın Aralıq dənizi sahillərində daha geniş potensiala sahib olması şübhə doğurmur. Sözsüz ki, Sirtənin də ərazisi neft rezervləriylə zəngindir.
Liviya həm də bakir (toxunulmamış) qaz ehtiyatına malikdir. 1970-ci illərin ortalarında bu torpaqlarda zəngin qaz yataqları tapılsa da, 1980-ci illərdə tətbiq olunan ABŞ sanksiyaları nəticəsində istehsal dayandırılmış, Qəddafinin devrilməsindən sonra isə yenidən gündəmə gətirilmişdir. 2004-ci ildən sonra Liviyadan İtaliyaya “Yaşıl axın” (Greenstream) qaz boru xəttinin çəkilişinə başlanılsa da, bu kəmərin tam gücüylə işlədiyini demək çətindir.
Sirr deyil ki, qaz kəməri çəkilər-çəkilməz Qəddafi devrildi. Dolayısıyla bu xətt Qəzzafinin son günlərinədək düz-əməlli fəaliyyət göstərmədi. “Greenstream” kəmərindən əvvəl Liviya qazı sıxılmış halda ixrac olunurdu. Qəzzafidən sonra bu sahədə də durğunluq yaşanır. Məlumata görə, çevrilişin ilk ilində - 2011-ci ildə cəmi 300 milyon kubmetr sıxılmış qaz İspaniyaya ixrac edildi. 2011-ci ildə ölkənin 3,2 mln.ton gücündə sıxılmış qaz terminalı zədələndiyindən son doqquz ildə heç bir ixracat həyata keçirilmədi.
Liviyanın qərbindən Aralıq dənizinin altı ilə İtaliyaya çəkilən “Yaşıl axın” (Greenstream) boru xətti ötən ildən transfer həcmini 28% artırsa da tam gücüylə işləmir. Məlumata görə, ildə 10 milyard m3-lik intiqal gücünə malik olan “Greenstream”lə ötən il cəmi 6 milyard m3 qaz nəql olunub. Yəni bu kəmər cəmi 60% gücüylə çalışıb.
Üstəlik “Greenstream”-lə nəql olunan qaz Liviyanın qərbindəki yataqlara aiddir. 1,5 trilyon kubmetrlik kəşf olunmuş təbii qaz ehtiyatının, təxminən, 60 faizi isə ölkənin şərqində (Sirenayka) bulunur. O bölgənin açarı isə Sirtədir. Sirtə hövzəsi həmçinin kəşfini gözləyən təbii və şist (daş qazı) qazıyla zəngindir.
Sirtə həm də dünya dəniz ticarətinin iki ən iri qapıları sayılan Cəbəllütariqlə Süveyş kanalının tam ortasında yerləşir. Aralıq dənizinə tam nəzarət etmək üçün liman böyük əhəmiyyət daşıyır.
Rusiya üçün onun daha vacib özəlliyi də var. Qərb sərhədləri boyunca NATO qüvvələrinin çevrələmə siyasətinə məruz qalan Rusiya Sirtədə möhkəmlənməklə hərbi dislokasiya baxımından rəqiblərinin arxasına keçə bilər. Dolayısyla qövsvari mühasirəni yarmış olar.
Liviyada baş verənlərə bu informasiyaların işığında nəzər salanda bütün qeyli-qalların əsl səbəbi anlaşılır.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar