Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (İCBSS) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycan COVID-19 pandemiyası zamanı etibarlı enerji tərəfdaşı kimi” adlı tədqiqat işini yayımlayıb.
Ovqat.com-un məlumatına görə, məqalədə müəllif COVID-19 pandemiyasının qlobal enerji bazarına mənfi təsir etdiyini vurğulayır və Azərbaycanın da digər enerji ixrac edən ölkələr kimi qlobal enerji bazarlarında mənfi tendensiyalara məruz qaldığını bildirir.
Şahmar Hacıyev qeyd edir ki, hadisələrin bu cür inkişafı fonunda neft qiymətlərinin ucuzlaşması ilə mübarizə aparmaq və qiymətləri sabitləşdirmək məqsədi ilə aprel və iyun aylarında OPEC+ görüşləri qlobal enerji bazarlarında COVID-19 pandemiyasının təsirinin azaldılması istiqamətində mühüm addım olub. “Azərbaycan da OPEC+ formatı çərçivəsində uğurlu və məhsuldar əməkdaşlığını davam etdirir və OPEC+ sazişlərini neft qiymətlərinin stabilləşdirilməsi üçün olduqca vacib hesab edir”,- müəllif qeyd edir.
Şahmar Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq enerji əməkdaşlığını dəstəkləyir və Xəzər xam neftini qlobal enerji bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin təşəbbüskarıdır: “Bu gün əminliklə demək olar ki, Azərbaycan səmərəli enerji istehsalçı-istehlakçı dialoqu və vahid strategiya qurmağı bacardı”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar